Azərbaycan Respublikası Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının www.human.gov.az ünvanlı İnternet saytı, çox təəssüflər olsun ki, 2004-cü ildə qurulduğu zaman hansı səviyyədə idisə, o səviyyədə də qalıb. Saytın yenilənmədiyi ilk baxışdan sezilir. Operativ və ya cari sayıla biləcək son xəbər bu resursa 27 yanvar 2012-ci il tarixində əlavə edilib. Saytda qurumun nə strukturu, nə də rəhbər şəxsləri barədə hər hansı bilgiyə rast gəlmək olmur. Qəbul günləri göstərilib. Ancaq bilinmir ki, kimin qəbuluna düşmək olar. Büdcə və b. gərəkli bilgilər haqqında isə heç danışmağa dəyməz. Bir sözlə, bu resurs bizim müşahidələrimiz üçün gərəkli heç bir bilgi daşımır. Yalnız kiçik istisnaları vardır. Ona görə də ayrıntılı icmal tərtib edə bilmirik.