Tuesday 03rd December 2024,

2012

Ξ Leave a comment

Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin www.azersigorta-az.com domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by

Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin www.azersigorta-az.com ünvanlı İnternet saytı, istifadəsi çox rahat olan bir resursdur. Bununla belə saytın yetərincə dolğun və gərəkli informasiyalarla zəngin olduğunu deyə bilmərik. Sayt texniki imkanları baxımından mümkün olduğu qədər sadə və rahat bir şəkildə tərtib edilib. Axtarış, onlayn müraciət forması da var. Ancaq abunə imkanı təklif edilmir. Saytda özəlliklə də şəffaflıq baxımından çox gərəkli olan bilgilər çatışmır. Bunların sırasında, əsasən, büdcə, əmək haqları, tender və yarışmalar haqqında bilgiləri qeyd etmək olar. Ümumilikdə isə saytın durumu aşağıdakı kimidir:

1.    Qurum ilə bağlı qurumun tarixi yetərli sayılacaq səviyyədə təqdim edilir. Qurumun rəhbərləri haqqında və kollegiya haqqında da bilgi verilir. Lakin qurumun fəaliyyətini təmin edən qanunverici baza və qurumun əsasnaməsi haqqında bilgi verilmir.

2.    Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün qurumun yerləşdiyi ünvan, telefon və faks nömrələri, e-poçt ünvanları haqqında bilgilər verilir. Ancaq qurumun ünvanının marşrut və sxemi, quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə bilgi yoxdur.

3.    Qurumun strukturu barədə qurumun alt bölmələri və regional strukturu, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin dəqiq (tam) ünvanları haqqında bilgilər saytda əks etdirilmişdir.  Struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeliyindəki informasiya sistemləri, qurumun strukturunun ümumi sxemi və aparat haqqında bilgi isə verilmir.

4.    Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə haqqında əsas rəhbərin və onun müavinlərinin bioqrafiyaları və qurumun rəhbəri ilə əks əlaqə imkanları yetərli qədər olmasa da təqdim edilir. Ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları isə yetərli sayıla bilər. Həmçinin qurum ilə əks əlaqə üçün ümumi imkan azacıq çatışmazlıqla təqdim edilir. Burada çatışmayan yalnız struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilərdir.

5.    Qurumun cari fəaliyyəti haqqında mətbuat üçün təqdim edilmiş açıqlamalar heç də operativliyi ilə seçilmir. Quruma aid olan informasiyalar isə yetərincədir. Ancaq quruma aid olan hər cür başqa cari informasiya, qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla), qurumun həyata keçirdiyi proqram və layihələr barədə isə bilgi verilmir.

6.    Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası bast gəlinmir.

7.    Qurum tərəfindən təklif edilən xidmətlər haqqında qurumun təklif etməli olduğu mütləq xidmətlər və onlayn müraciət imkanı təqdim edilsə də qurum tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər, xidmətlərin keyfiyyət göstəriciləri, qaynar xətt və xidmətlərdən istifadə qaydaları haqqında bilgi təqdim edilmir.

8.    İşə qəbul qaydaları və boş iş yerləri haqqında olan dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və boş iş yerləri haqqında elanların arxivi barədə bilgilərin heç bir təqdim edilmir.

9.    Sahə işçilərinin əmək haqları barədə də bilgilər əks etdirilmir.

10.    Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə təəssüf ki, heç bir bilgi verilmir.

11.    Növbəti təqdim edilməyən bilgilər tender və yarışmaların keçirilməsi ilə bağlı olan  qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları, tenderlərin keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri, elanların arxivi, tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydalarıdır.

12.    Bilgi təqdim edilməyən daha bir bölmə qurumun norma- (qanun)yaratma fəaliyyəti barədəddir.

13.    Saytın texniki imkanları yaxşıdır. Ancaq abunə imkanına rast gəlinmir.  

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV