Tuesday 03rd December 2024,

2012

Ξ Leave a comment

Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin www.azersigorta-az.com domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

posted by

Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin www.azersigorta-az.com ünvanlı İnternet saytı, monitorinqdən də anlaşıldığı kimi, bir sıra əsas bölmələr üzrə yetərincə bilgi daşıması baxımından yaxşı durumda olsa da daha vacib bölmələr üzrə heç bir bilgi verməməsi baxımından da diqqət çəkir. Saytda diqqətimizi çəkən əsas məqam odur ki, onun təkmilləşdirilməsi üçün imkanlar yetərincədir. Yəni bu saytın üzərində çox da mürəkkəb olmayan əməliyyat aparmaqla onu tam şəkildə gərəkli duruma gətirmək olar. Elə yuxarıda deyilənləri nəzərə alaraq aşağıda bu yöndə bəzi tövsiyələrimizi təqdim edirik:

1.    Qurum ilə bağlı verilmiş bilgilər sırasına qurumun fəaliyyətini təmin edən qanunverici baza və qurumun əsasnaməsi haqqında bilgilərin də əlavə edilməsi tövsiyə olunur.  

2.    Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün ümumi imkanlarla yanaşı qurumun ünvanının marşrut və sxemi, quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə bilgilərin də təqdim edilməsi tövsiyə olunur.  

3.    Qurumun strukturu barədə struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeliyindəki informasiya sistemləri, qurumun strukturunun ümumi sxemi və aparat haqqında bilgilərin təqdim edilməsi gərəklidir.     

4.    Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından yalnız çatışmayan yalnız struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilərin təqdim edilməsinə ehtiyac var.

5.    Qurumun cari fəaliyyəti haqqında təqdim edilmiş bilgilərlə bərabər yaxşı olardı ki, quruma aid olan hər cür başqa cari informasiya, qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla), qurumun həyata keçirdiyi proqram və layihələr barədə bilgilər tə verilsin.

6.    Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə qurumun büdcəsi və onun icrası haqqında məlumat, büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiyaların da saytda yer alması tövsiyə olunur

7.    Qurum tərəfindən təklif edilən xidmətlər haqqında isə qurum tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər, xidmətlərin keyfiyyət göstəriciləri, qaynar xətt və xidmətlərdən istifadə qaydaları barədə bilgilərin verilməsi gərəklidir.  

8.    İşə qəbul qaydaları və boş iş yerləri haqqında dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası,  işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və boş iş yerləri haqqında elanların arxivi barədə bilgilərin verilməsi tövsiyələr sırasındadır.

9.    Sahə işçilərinin əmək haqları barədə də bilgilərin təqdim edilməsi gərəklidir.

10.    Təqdim edilməsi tövsiyə olunana növbəti bilgilər vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında olan vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi, dövlət qurumunda vətəndaşların qəbul qaydaları, qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları və dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilərdir.  

11.    Eyni tövsiyə tender və yarışmaların keçirilməsi ilə bağlı olan qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları, tenderlərin keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələr,elanların arxivi, tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydalarına da aid edilir.

12.    Qurumun norma- (qanun)yaratma fəaliyyəti barədə qurumun cari norma- (qanun)yaratma fəaliyyəti, bütün mümkün normativ aktların layihələri (tam mətni), bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri, qurumun norma- (qanun)yaratma fəaliyyəti ilə bağlı arxiv barədə bilgilərin də təqdim edilməsi tövsiyələr sırasındadır.

13.    Saytın texniki imkanları sırasına abunə imkanının da əlavə edilməsi tövsiyə olunur. tmək lazımdır.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV