Azərbaycan Respublikası “AzərSu” Açıq Səhmdar Cəmiyyətinin www.azərsu.az ünvanlı İnternet saytı bir sıra göstəricilər üzrə heç də pis tərtib edilməyib. Burada diqqəti çəkən məqamlardan biri də saytın texniki imkanları və istifadə rahatlığıdır. Əsas, həm də çox vacib bölmə və göstəricilər üzrə gərəkli bilgilər verilib. Ancaq özəlliklə də şəffaflıq baxımından gərəkli olan büdcə, tenderlər, əmək haqları kimi məsələlər barədə heç bir bilgi yoxdur. Çatışmayan bilgilər sırasında əsas rəhbərdən başqa heç bir vəzifəli şəxs haqqında bioqrafik informasiyadır. Bundan başqa, struktur bölmələrinin rəhbərləri haqqında da bilgi yoxdur. Ümumilikdə isə saytın durumu aşağıdakı kimidir:
1. Qurum ilə bağlı qurumun tarixi, qanunverici bazası və rəhbər haqqında bilgi verilir. Ancaq öncəki rəhbərlər haqqında bilgi yoxdur.
2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün qurumun yerləşdiyi ünvan, həm ümumi xarakterli, həm də ayrı-ayrı xidmət və alt bölümlərin telefon və faks nömrələri, mümkün olan bütün e-poçt ünvanları yetərli sayıla bilər. Ancaq qurumun ünvanının marşrut və sxemi, quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə bilgilər təqdim edilmir.
3. Qurumun strukturu barədə qurumun strukturunun ümumi sxemi, aparat, qurumun alt bölmələri və regional strukturu, struktur bölmələrinin dəqiq (tam) ünvanları, struktur bölmələrinin səlahiyyət çərçivələri və qurumun tabeliyindəki informasiya sistemləri haqqında yetərli sayıla biləcək qədər bilgi verilir. Struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar haqqında isə bilgi yoxdur.
4. Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə haqqında əsas rəhbərin bioqrafiyası, qurumun rəhbəri ilə əks əlaqə imkanları və qurum ilə əks əlaqə üçün ümumi imkanlar yetərli dərəcədə əks etdirilir. Ancaq ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları, rəhbərin müavinlərinin bioqrafiyaları və struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər yoxdur.
5. Qurumun cari fəaliyyəti haqqında mətbuat üçün açıqlamalar, quruma aid olan informasiya, quruma aid olan hər cür başqa cari informasiya və qurumun həyata keçirdiyi proqram və layihələr barədə təqdim edilmiş bilgilər yetərli sayılacaq qədərdir. Qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla) isə verilməyib.
6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə heç bir bilgi verilmir.
7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında qurumun təklif etməli olduğu mütləq xidmətlər, qurum tərəfindən təklif edilən əlavə xidmətlər, onlayn müraciət imkanı və xidmətlərdən istifadə qaydaları yetərlidir. Elektron formada təklif olunan xidmətlər, xidmətlərin keyfiyyət göstəriciləri isə yetərli olmasa da verilib. Qaynar xətt nömrəsi əks etdirilmir.
8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında heç bir bilgi yoxdur.
9. Sahə işçilərinin əmək haqları barədəd də bilgilərə rast gəlinmir.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi, dövlət qurumunda vətəndaşların qəbul qaydaları və dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilər təqdim edilməsə də qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları haqqında bilgi təqdim edilir.
11. Növbəti təqdim edilməyən bilgi tender və yarışmaların keçirilməsi ilə bağlıdır.
12. Qurumun norma- (qanun)yaratma fəaliyyəti barədə qurumun cari norma- (qanun)yaratma fəaliyyəti, bütün mümkün normativ aktların layihələri (tam mətni), bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri, qurumun norma- (qanun)yaratma fəaliyyəti ilə bağlı arxiv təqdim edilməyən bilgilər sırasındadır.
13. Saytın texniki imkanları yaxşıdır. Ancaq burada abunə imkanları verilmir.