Azərbaycan Respublikası “AzərSu” Açıq Səhmdar Cəmiyyətinin www.azərsu.az ünvanlı İnternet saytı, monitorinqimizdən də anlaşıldığı kimi, bir sıra göstəricilər üzrə yetərincə diqqət çəkə biləcək səviyyədədir. Bununla belə heç də deyə bilmərik ki, sayt tam olaraq tələbata cavab verir. Monitorinqdə də qeyd etdiyimiz kimi, əsas göstəricilərin bəziləri üzrə hər hansı bilgi verilmir. Lakin saytın texniki imkanları bu çatışmazlığı rahat bir şəkildə aradan qaldırmağa imkan verir. Ümumi mənzərəni nəzərə alaraq saytın təkmilləşdirilməsini mümkün hesab edirik. Ona görə də aşağıda bəzi tövsiyələrimizi təqdim edirik:
1. Qurum ilə bağlı verilmiş informasiyalar sırasına qurumun daha öncəki rəhbərləri haqqında bilgi əlavə edilməsi tövsiyə olunur.
2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün ümumi imkanlarla yanaşı yaxşı olardı ki, qurumun ünvanının marşrut və sxemi, quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə bilgilər də əks etdirilsin.
3. Qurumun strukturu barədə isə struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanların saytda yer alması yaxşı olardı.
4. Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından vermiş bilgilərlə yanaşı ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları, rəhbərin müavinlərinin bioqrafiyaları və struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilərin də təqdim edilməsi tövsiyə olunur.
5. Qurumun cari fəaliyyəti haqqında bilgilər sırasına qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla) barədə bilgilərin daxil edilməsi gərəklidir.
6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında qurumun büdcəsi və onun icrası haqqında məlumat, büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiyaların təqdim edilməsi tövsiyələr sırasındadır.
7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında verilmiş elektron formada təklif olunan xidmətlər, xidmətlərin keyfiyyət göstəriciləri barədə bilgilərin yetərli hala gətirilməsi və qaynar xətt nömrəsinin əks etdirilməsi tövsiyə olunur.
8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və boş iş yerləri haqqında elanların arxivinin təqdim edilməsi yaxşı olardı.
9. Yaxşı olardı ki, sahə işçilərinin əmək haqları barədə bilgilər də saytda yer alsın.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında isə vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi, dövlət qurumunda vətəndaşların qəbul qaydaları və dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilərin əks etdirilməsinə ehtiyac var.
11. Tender və yarışmaların keçirilməsi ilə bağlı qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları, tenderlərin keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri, elanların arxivi, tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları haqqında bilgilər isə təqdim edilməsi tövsiyə olunana bilgilərdəndir.
12. Növbəti təqdim edilməsi tövsiyə olunan bilgilər isə qurumun norma- (qanun)yaratma fəaliyyəti barədədir.
13. Saytın texniki imkanları sırasına abunə imkanının da daxil edilməsi tövsiyə olunur.