Thursday 21st November 2024,

2012

Ξ Leave a comment

Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin www.mst.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by

Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin www.mst.gov.az ünvanlı İnternet saytı, bəzi bölmələrindəki yetərli bilgiləri nəzərə almasaq elə də ciddi bir şəkildə diqqət mərkəzində deyil. Saytda özəlliklə də operativ informasiya baxımından axsama var. Daha doğrusu, burada bu cür bilgi verilmir. Sayt texniki cəhətdən yetərincə funksionaldır. İstifadə rahatlığı da öz yerindədir. Yalnız bu heç də o anlama gəlmir ki, belə göstəricilər üzrə saytın mükəmməl olduğunu düşünək. Şəffaflıq baxımından gərəkli olan əsas bilgilər də saytda yoxdur. Örnək üçün, büdcə, əmək haqqı, tenderlər barədə heç nə deyilmir. Ümumilikdə isə saytın görkəmi aşağıdakı kimidir:

1.    Qurum ilə bağlı qurumun tarixi və rəhbərləri haqqında bilgi verilsə də qanunverici bazası haqqında bilgi yoxdur.

2.    Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün qurumun yerləşdiyi ünvan, həm ümumi xarakterli, həm də ayrı-ayrı xidmət və alt bölümlərin telefon və faks nömrələri, mümkün olan bütün e-poçt ünvanları yetərli sayıla bilər. Ancaq qurumun ünvanının marşrut və sxemi, quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə bilgilər rast gəlinmir.

3.    Qurumun strukturu barədə qurumun strukturunun ümumi sxemi, aparat, qurumun alt bölmələri və regional strukturu, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin dəqiq (tam) ünvanları, struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeliyindəki informasiya sistemləri barədə bilgilər tamdır.

4.    Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından əsas rəhbərin və onun müavinlərinin bioqrafiyaları, qurumun rəhbəri ilə əks əlaqə imkanları, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları, qurum ilə əks əlaqə üçün ümumi imkan yetərli olmasa da təqdim edilir. Struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər isə verilməyib.

5.    Qurumun cari fəaliyyəti haqqında hər hansı bilgiyə rast gəlinmir.

6.    Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə də hər hansı bilgi verilmir.

7.    Qurum tərəfindən təklif edilən xidmətlər haqqında qurumun təklif etməli olduğu mütləq xidmətlər, elektron formada təklif olunan xidmətlər, xidmətlərin keyfiyyət göstəriciləri, onlayn müraciət imkanı zəif də olsa var. Qurum tərəfindən təklif edilən əlavə xidmətlər, qaynar xətt, xidmətlərdən istifadə qaydaları haqqında isə heç nə deyilmir.

8.    İşə qəbul qaydaları və boş iş yerləri haqqında dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası haqqında bilgi, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar haqqında bilgi, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar, boş iş yerləri haqqında elanların arxivi barədə isə bilgi verilmir.

9.    Sahə işçilərinin əmək haqları üzrə də bilgi verilmir.

10.    Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi, dövlət qurumunda vətəndaşların qəbul qaydaları, dövlət qulluqçusunun etika qaydaları haqqında bilgi təqdim edilmir. Qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları isə təqdim edilmir.

11.    Tender və yarışmaların keçirilməsi ilə bağlı da bilgi verilmir.

12.    Təqdim edilməyən növbəti bilgi qurumun norma- (qanun)yaratma fəaliyyəti barədədir.

13.    Saytın texniki imkanları yaxşıdır. Ancaq abunə imkanı yoxdur.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV