Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin www.mst.gov.az ünvanlı İnternet saytı, artıq monitorinqdən də anlaşıldığı kimi, ciddi bir şəkildə fərqlənmir. Ancaq bu heç də o demək deyil ki, sayt tam olaraq gözardı edilməlidir. Gəldiyimiz qənaət budur ki, bu resursda yetərincə bilgi olmasa da onun texniki imkanları təkmilləşdirilməsini mümkün edir. Elə ona görə də sayt üzərində sadəcə tamamlama işlərinin aparılması gərəkliyinə inanırıq. Deyilənləri nəzərə alaraq aşağıda bəzi tövsiyələrimizi təqdim edirik:
1. Qurum ilə bağlı qurumun qanunverici bazası haqqında bilgi verilməsi tövsiyə olunur.
2. Ziyarətçilərin qurumu ilə əlaqə saxlaması üçün qurumun ünvanının marşrut və sxemi, ictimai nəqliyyat barədə bilgi verilməsinə gərək var.
3. Qurumun strukturu barədə bilgilər tam sayıldığından əlavə tövsiyəyə gərək yoxdur.
4. Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə haqqında təqdim edilmiş bilgilər sırasına struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilərin də əlavə edilməsi tövsiyə olunur.
5. Qurumun cari fəaliyyəti haqqında mətbuat üçün açıqlamalar, quruma aid olan informasiya, quruma aid olan hər cür başqa cari informasiya, qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri, qurumun həyata keçirdiyi proqram və layihələr barədə bilgilərin əks etdirilməsinə ehtiyac var.
6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında qurumun büdcəsi və onun icrası haqqında məlumat, büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiyaların təqdim edilməsi tövsiyələr sırasındadır.
7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında isə qurum tərəfindən təklif edilən əlavə xidmətlər, qaynar xətt, xidmətlərdən istifadə qaydaları haqqında bilgilərin sayta əlavə edilməsi zəruridir.
8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası haqqında bilgi, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar haqqında bilgi, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar, boş iş yerləri haqqında elanların arxivi barədə də bilgilərin təqdim edilməsi gərəklidir.
9. Yaxşı olardı ki, sahə işçilərinin əmək haqları barədə rəhbər, onun müavinləri və struktur bölmələri rəhbər işçilərinin mövcud tarif stavkası barədə məlumat saytda əks etdirilsin.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə verilmiş bilgilərlə bərabər vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi, dövlət qurumunda vətəndaşların qəbul qaydaları, dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilərin də əks etdirilməsi tövsiyə olunur.
11. Növbəti təqdim edilməli bilgilər tender və yarışmaların keçirilməsi ilə bağlı olan qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları, tenderlərin keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri; elanların arxivi, tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydalarıdır.
12. Eyni tövsiyə qurumun norma- (qanun)yaratma fəaliyyəti barədə olan bilgilərə (qurumun cari norma- (qanun)yaratma fəaliyyəti, bütün mümkün normativ aktların layihələri (tam mətni), bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri, qurumun norma- (qanun)yaratma fəaliyyəti ilə bağlı arxiv) də aid edilir.
13. Saytın texniki imkanları sırasına abunə imkanının da əlavə edilməsi tövsiyə olunur.