Saturday 23rd November 2024,

2012

Ξ Leave a comment

Azərbaycan Respublikası Oğuz Rayon İcra Hakimiyyəti www.oguz-ih.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by

Azərbaycan Respublikası Oğuz Rayon İcra Hakimiyyəti  www.oguz-ih.gov.az domen adlı İnternet resursu bu günədək monitorinq etdiyimiz ən az məlumat olan saytlar sırasındadır. Burada nəinki gərəkli bilgilər hətta primitiv bilgilər belə təqdim edilmir. Sayta ilk baxışda və cari informasiyalara nəzər saldıqda demək olar ki, sayt sadəcə mövcuddur deyilə bilsin diyə yaradılıb. Yəni burada nə gərəkli bilgilər nə zənginlik, nə də xidmətlər var.   Ümumilikdə isə sayt aşağıdakı kimidir:

1.    Rayon haqqındakı bilgiləri normal saymaq olar. Burada qısacada olsa rayonun tarixi, coğrafi mövqeyi, təhsil və səhiyyəsi haqqında bilgi var.  Qurum haqqında qurumun rəhbəri haqqında 3 cümlədən ibarət bilgi və dövlət qulluqçusunun etik davranış qaydaları haqqında AR qanunu təqdim edilir. Qurumun öncəki rəhbərləri haqqında bilgilər və qurumun əsasnaməsi saytda yer almamışdır.

2.    Ziyarətçilərin qurum ilə əks əlaqəsi üçün telefon və faks nömrələri, e-poç ünvanı verilsə də burada qurumun ünvanı, qurumun ünvanının sxemi və quruma başqa yerlərdən gəlmək üçün marşrut və ictimai nəqliyyat barədə bilgilər təqdim edilmir.

3.    Qurumun strukturu barədə strukturun sxemi və bələdiyyələr haqqında qısa məlumat verilir. Struktur bölmələrinin rəhbərləri, onlarla əlaqə saxlamaq üçün imkanlar, qurumun alt bölmələri və  yerli icra nümayəndəlikləri və struktur bölmələrinin səlahiyyət çərçivələri haqqında bilgilər isə təqdim edilmir.  

4.    Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından qurumun rəhbəri haqqında üç cümləlik bilgi və qurum ilə əks əlaqə üçün ümumi imkanlar təqdim edilir. Rəhbərin müavinləri və struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, rəhbər və ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları, vətəndaşların müraciətlərinə baxılma qaydası rayondan seçilmiş millət vəkili haqqında məlumat və əlaqə imkanı barədə bilgilər saytda yer almamışdır.

5.    Qurumun cari fəaliyyəti haqqında isə ən son təqdim edilmiş bilgiləri belə cari saymaq mümkün deyil. Ən son bilgi 22 noyabr 2011-ci ilə aiddir. Həmçinin saytda qurumdaxili əmrlər, sərəncamlar və qərarlar barədə bilgilər də təqdim edilmir.

6.    Dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında bilgilər əks etdirilməyib.   

7.    Qurumun təklif etməli olduğu mütləq xidmətlər, qurum tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər və xidmətlərdən istifadə qaydaları haqqında bilgilərə də rast gəlinmir.

8.    Daha bir təqdim edilməyən bilgilər boş iş yerləri və işə qəbulla bağlı olan qurum və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası haqqında bilgi, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı mümkün komissiyalar haqqında bilgi, qurum və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar barədə bilgilərdir.  

9.    Qurumun işçilərinin əmək haqları ilə bağlı da bilgilər təqdim edilməyən bilgilərdir.

10.    Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında ancaq qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları haqında məlumat verilir. Qurumda vətəndaşların qəbul qaydaları və vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə bilgilər isə yoxdur.  

11.    Növbəti təqdim edilməyən informasiya qurumda tenderlərin keçirilməsi ilə bağlı elanlar, qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları və dövlət orqanları tərəfindən tender və yarışmaların keçirilməsinin qaydaları ilə bağlı bilgilərdir.  

12.    Saytın texniki imkanları normaldır. Ancaq demək olar ki, imkanlardan istifadə olunmur.  Həmçinin abunə imkanı və onlayn müraciət imkanı da verilmir.    

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV