Tuesday 03rd December 2024,

2012

Ξ Leave a comment

Azərbaycan Respublikası Oğuz Rayon İcra Hakimiyyəti www.oguz-ih.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

posted by

Azərbaycan Respublikası Oğuz Rayon İcra Hakimiyyəti  www.oguz-ih.gov.az  domen adlı İnternet resursu icmaldan da göründüyü kimi zəngin bir resurs deyil. Bilgi çatışmazlıqlarından başqa cari informasiyalar da çatışmır demək olar. Bundan belə bir nəticəyə gəlinir ki, sayta nəzarət edilmir və ya çox gec-gec nəzarət edilir. Lakin saytın texniki imkanlarını nəzərə alaraq saytın təkmilləşdirilməsinin mümkün olduğunu demək olar. Saytın təkmilləşdirilməsi üçün də hər bir bənd üzrə tövsiyələrimizi aşağıda qeyd edirik.

1.    Rayon haqqında bilgilərin zənginləşdirilməsi yaxşı olar. Qurum haqqında isə yaxşı olardı ki, qurumun indiki rəhbərinin və öncəki rəhbərlərinin bioqrafiyaları və qurumun əsasnaməsi əks etdirilsin.

2.    Ziyarətçilərin qurum ilə əks əlaqəsi üçün təqdim edilmiş bilgilər sırasına qurumun ünvanının və ünvanın sxeminin, quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında bilgilərin əlavə edilməsi tövsiyə olunur.  

3.    Qurumun strukturu haqqında sözlü bilgilər, struktur bölmələrinin rəhbərləri, onlarla əlaqə saxlamaq üçün imkanlar, qurumun alt bölmələri və  yerli icra nümayəndəlikləri və struktur bölmələrinin səlahiyyət çərçivələri haqqında bilgilərin də təqdim edilməsi gərəklidir.   

4.    Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə barədə rəhbərin müavinləri və struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, rəhbər və ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları, vətəndaşların müraciətlərinə baxılma qaydası rayondan seçilmiş millət vəkili haqqında məlumat və əlaqə imkanı barədə bilgilərin əks etdirilməsi tövsiyə olunur.  

5.    Qurumun cari fəaliyyəti haqqında informasiyaların operativ hala gətirilməsi və qurumdaxili əmrlər, sərəncamlar və qərarlar barədə bilgilərin təqdim edilməsi tövsiyə olunur.    

6.    Yaxşı olardı ki, büdcə ilə bağlı məsələlər haqqında saytda bilgi verilsin.

7.    Həmçinin qurumun təklif etməli olduğu mütləq xidmətlər, qurum tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər və xidmətlərdən istifadə qaydaları haqqında bilgilərin də təqdim edilməsi tövsiyə olunur.   

8.    Növbəti tövsiyə boş iş yerləri və işə qəbulla bağlı qurum və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası haqqında bilgi,  işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı mümkün komissiyalar haqqında bilgi, qurum və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar barədə bilgilərin təqdim edilməsi ilə bağlıdır.

9.    Sahə işçilərinin əmək haqları barədə bilgilərin işıqlandırılması gərəklidir.  

10.    Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında təqdim edilmiş bilgilərin dolğunlaşdırılması və qurumda vətəndaşların qəbul qaydaları və vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgilərin əlavə edilməsi yaxşı olardı.   

11.    Tender və yarışmaların keçirilməsi ilə bağlı elanlar, qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları və dövlət orqanları tərəfindən tender və yarışmaların keçirilməsinin qaydaları ilə bağlı ümumi informasiyaların təqdim edilməsi tövsiyələr sırasındadır.

12.    Saytın texniki imkanlarından istifadə edərək saytın zənginləşdirilməsi və həmçinin imkanlar sırasına  abunə və onlayn müraciət imkanının da daxil edilməsi tövsiyə olunur.   

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV