Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin www.scfwca.gov.az ünvanlı İnternet saytı, bir müddət öncə quraşdırılma əsnasında idi. Bu haqda saytın özündə də bir müddət elan verilirdi. Lakin artıq quraşdırma işləri başa çatdığındandır ki, sayt istifadəyə verilib. Bununla belə, nəzərə alırıq ki, bu saytın qiymətləndirilməsi zamanı çox da sərt yanaşmaq doğru olmazdı. Çünki istənilən halda yenicə istifadəyə verilmiş bir resursda çoxlu sayda çatışmazlıqlar olacaqdır. Elə bu qurumun saytının monitorinqi zamanı da bunu aşkar etdik. Ancaq onu da unutmamalı ki, artıq bu ay ərzində bizim monitorinqimiz başa çatır və təbii ki, biz faktiki durum əsasında saytları qiymətləndiririk. Beləliklə, monitorinqimiz nəticəsində əldə etdiyimiz bilgiləri aşağıda təqdim edirik:
1. Qurum ilə bağlı qurumun tarixi və qanunverici bazası haqqında bilgi verilsə də rəhbərləri haqqında heç nə deyilmir.
2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün qurumun yerləşdiyi ünvan, həm ümumi xarakterli, həm də ayrı-ayrı xidmət və alt bölümlərin telefon və faks nömrələri, mümkün olan bütün e-poçt ünvanları yetərli sayıla bilər. Lakin qurumun ünvanının marşrut və sxemi, quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə bilgi atışmır.
3. Qurumun strukturu barədə yalnız qurumun strukturunun ümumi sxeminin olduğunu deyə bilərik. Qurumun alt bölmələri və regional strukturu, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin dəqiq (tam) ünvanları, struktur bölmələrinin səlahiyyət çərçivələri və qurumun tabeliyindəki informasiya sistemləri barədə isə heç bir bilgi verilmir
4. Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından yalnız qurumun rəhbəri ilə əks əlaqə imkanları və qurum ilə əks əlaqə üçün ümumi imkan tam olmasa da təqdim edilib. Əsas rəhbərin və onun müavinlərinin bioqrafiyaları, bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər və ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları barədə isə bilgilər saytda yer almamışdır.
5. Qurumun cari fəaliyyəti haqqında isə mətbuat üçün açıqlamalar, quruma aid olan informasiya və qurumun həyata keçirdiyi proqram və layihələr barədə bilgiləri yetərli saymaq olar. Ancaq quruma aid olan hər cür başqa cari informasiya, qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri barədə bilgilər verilmir.
6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə hər hansı bilgi verilmir.
7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında yalnız onlayn müraciət imkanı təqdim edilib. Qurumun təklif etməli olduğu mütləq xidmətlər, qurum tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər, xidmətlərin keyfiyyət göstəriciləri, qaynar xətt və xidmətlərdən istifadə qaydaları haqqında haqqında heş bir bilgi əks etdirilmir.
8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında bilgilər saytda yer almamışdır.
9. Sahə işçilərinin əmək haqları barədə də bilgilər təqdim edilmir.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) dövlət qurumunda vətəndaşların qəbul qaydaları, dövlət qulluqçusunun etika qaydaları haqqında, qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları haqqında bilgilər verilir. Burada ancaq vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi yoxdur.
11. Növbəti təqdim edilməyən bilgilər tender və yarışmaların keçirilməsi ilə bağlı olan qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları, tenderlərin keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri, elanların arxivi, tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydalarıdır.
12. Qurumun norma- (qanun)yaratma fəaliyyəti barədə olan bilgilər də təqdim edilməyən bilgilər sırasındadır.
13. Saytın texniki imkanları yaxıdır. Ancaq bu imkanlar sırasında abunə imkanı çatışır.