Thursday 18th April 2024,

2012

Ξ Leave a comment

Azərbaycan Respublikası Sabunçu Rayon İcra Hakimiyyəti www.sabunchu-ih.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by

Azərbaycan Respublikası Sabunçu Rayon İcra Hakimiyyəti www.sabunchu-ih.gov.az domen adlı İnternet resursu görünüşcə fərqlənsə də bilgi baxımından fərqlənmir. Bu sayta ilk nəzər saldıqda əyər ki, saytın yaradılma ilinə baxmasaq belə düşünmək olar ki,   sayt yenicə yaradılıb və hələdə hazır deyil bölmələr yaradılıb ancaq bilgilər hələdə yerləşdirilməyib. Ancaq nəzərə alsaq ki, sayt çoxdan yaradılıb bu hal təbii ki, yaxşı bir göstərici deyil. Təəssüf ki, sayt haqqında müsbət söylənə biləcək bir söz tapa bilmədik. Ümumilikdə isə sayt aşağıdakı vəziyyətdədir:

1.    Rayon haqqında təqdim edilmiş bilgilər zəngin deyil. Burada təhsil, səhiyyə, mədəniyyət və s. kimi bilgilər bölmə şəklində yaradılsa da məlumat yerləşdirilməyib. Qurum haqqında isə qurumun rəhbərinin ad və soyadı xaricində heç bir bilgiyə rast gəlinmir. Və birdə dövlət qulluqçusunun etik davranış qaydaları haqqında AR qanunu əks etdirilir. Ancaq nə qurumun indiki nə, öncəki rəhbərləri haqqında bilgilər, nə də qurumun əsasnaməsi saytda yer almamışdır.

2.    Ziyarətçilərin qurum ilə əks əlaqəsi üçün isə təqdim edilmiş yeganə bilgi qurumun telefon nömrəsi və onlayn müraciət imkanıdır. Burada qurumun ünvanı, faks nömrəsi, e-poçt ünvanı, qurumun ünvanının sxemi və quruma başqa yerlərdən gəlmək üçün marşrut və ictimai nəqliyyat barədə bilgilər əks etdirilmir. təqdim edilmir.

3.    Qurumun strukturu barədə strukturun sxemi alayarımçıq şəkildə təqdim edilsə də bundan başqa bilgilərə rast gəlmək mümkün deyil. Qurumun alt bölmələri və  yerli icra nümayəndəlikləri, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin səlahiyyət çərçivələri, əsas idarə və müəssisələr, banklar, təhsil və mədəniyyət qurumları haqqında bilgilər, bələdiyyələr haqqında məlumatlar kimi bilgilər də təqdim edilməyən bilgilərdəndir.

4.    Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə barədə də yalnız bir bilgi verilir ki, o da qurum ilə əks əlaqə üçün olan telefon nömrəsidir. Əsas rəhbərin və onun müavinlərinin bioqrafiyaları, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, qurumun rəhbəri ilə əks əlaqə imkanları, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları, vətəndaşların müraciətlərinə baxılma qaydası, rayondan seçilmiş millət vəkili haqqında məlumat və əlaqə imkanı barədə bilgilərin heç birisi saytda yer almamışdır.  

5.    Qurumun cari fəaliyyəti haqqında söz demək çox çətindir çünki ən son məlumat 2007-ci ilə aiddir. Yəni 5 il bundan öncəyə.  Qurumdaxili əmrlər, sərəncamlar və qərarlar barədə bilgilər də bölmə olaraq yaradılsa da daxilində bilgi yoxdur.

6.    Dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında bilgilər əks etdirilməyib.   

7.    Qurumun təklif etməli olduğu mütləq xidmətlər, qurum tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər və xidmətlərdən istifadə qaydaları haqqında bilgilərə də rast gəlinmir.

8.    Boş iş yerləri və işə qəbulla bağlı bölmə yaradılsa da qurum və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası haqqında bilgi, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı mümkün komissiyalar haqqında bilgi, qurum və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar barədə bilgilər burada yerləşdirilməmişdir.  

9.    Daha bir təqdim edilməyən bilgilər qurumun işçilərinin əmək haqları ilə bağlı bilgilərdir.  

10.    Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında ancaq qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları haqında fərqli şriftlərlə təqdim edilmiş qısaca bir bilgidir.  Qurumda vətəndaşların qəbul qaydaları və vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə bilgilər isə yoxdur.  

11.    Növbəti təqdim edilməyən informasiya qurumda tenderlərin keçirilməsi ilə bağlı elanlar, qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları və dövlət orqanları tərəfindən tender və yarışmaların keçirilməsinin qaydaları ilə bağlı bilgilərdir.  

12.    Saytın texniki imkanlarını da yaxşı hesab etmək olmaz. Həmçinin onlayn müraciət forması verilsə də   abunə imkanı yoxdur.     

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV