Tuesday 16th August 2022,

2012

Ξ Leave a comment

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin www.migration.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

posted by

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin www.migration.gov.az ünvanlı İnternet saytı, monitorinqdən də aydın olduğu kimi, özünün tərtibatı və istifadə rahatlığı baxımından yetərincə yaxşı qurulub. Saytdan istifadə çox rahatdır. Üstəlik, e-xidmətlərin ayrıca təqdim edilməsi də diqqət çəkən amillər arasındadır. Lakin saytda apardığımız müşahidələr zamanı aydın olur ki, burada bir sıra çox vacib bölmələr üzrə heç bir bilgi verilmir. Bununla belə düşünürük ki, saytın texniki imkanları onun təkmilləşdirilməsini mümkün edir. Elə ona görə də bəzi tövsiyələrimizi diqqətə çatdırmağı gərəkli sayırıq. Beləliklə, bu resursun təkmilləşdirilməsi üçün aşağıda bəzi tövsiyələrimizi təqdim edirik:

1.    Qurum ilə bağlı qurumun rəhbərləri və kollegiya haqqında bilgilərin daha ayrıntılı və tam şəkildə təqdim edilməsi tövsiyə olunur.

2.    Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün təqdim edilmiş bilgilər sırasına quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə bilginni də daxil edilməsi yaxşı olardı.  

3.    Qurumun strukturu barədə isə qurumun alt bölmələri və regional strukturu, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin dəqiq (tam) ünvanları, struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeliyindəki informasiya sistemləri haqqında bilgilərin təqdim edilməsi tövsiyə olunur.  

4.    Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından təqdim edilmiş bilgilərlə bərabər struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər və ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları barədə bilgilərin də təqdim edilməsi tövsiyə olunur.    

5.    Qurumun cari fəaliyyəti haqqında qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla), qurumun həyata keçirdiyi proqram və layihələr barədə informasiyaların əks etdirilməsi tövsiyələr sırasındadır.  

6.    Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə qurumun büdcəsi və onun icrası haqqında məlumat, büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiyaların təqdim edilməsi yaxşı olardı.

7.    Qurum tərəfindən təklif edilən xidmətlər haqqında informasiyalar tam şəkildə təqdim edildiyindən əlavə bir tövsiyəyə gərək duyulmur.

8.    İşə qəbul qaydaları və boş iş yerləri haqqında dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası haqqında bilgi, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar haqqında bilgi, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və boş iş yerləri haqqında elanların arxivi  barədə bilgilərin əks etdirilməsi tövsiyə olunur.

9.    Növbəti tövsiyə sahə işçilərinin əmək haqları barədə bilgilərin təqdim edilməsinə aiddir.

10.    Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi verilməsi  lazımdır.  

11.    Tender və yarışmaların keçirilməsi ilə bağlı isə qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları, tenderlərin keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri, elanların arxivi, tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları barədə də bilgilərin təqdim edilməsi tövsiyələr sırasındadır.

12.    Daha bir tövsiyə qurumun norma- (qanun)yaratma fəaliyyəti barədə olan qurumun cari norma- (qanun)yaratma fəaliyyəti, bütün mümkün normativ aktların layihələri (tam mətni), bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri, qurumun norma- (qanun)yaratma fəaliyyəti ilə bağlı arxiv haqqında bilgilərin təqdim edilməsi barədədir.

13.    Saytın texniki imkanları yaxşıdır. Bu imkanlar sırasına abunə imkanının da əlavə edilməsi tövsiyə olunur.  

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV