Thursday 21st November 2024,

2012

Ξ Leave a comment

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin www.migration.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin www.migration.gov.az ünvanlı İnternet saytı, özünün tərtibatı və istifadə rahatlığı baxımından diqqəti cəlb edir. Saytda sahəyə aid olan bütün informasiyalara rast gəlmək olar. Üstəlik, interaktiv xidmətlər də var. Burada yenə də sahəyə aid e-xidmətlər yetərincədir. İstənilən şəxs istədiyi müraciəti onlayn şəkildə ünvanlandıra və ya onu bilgisayarına yükləyərək doldurub e-poçtla, adi poçtla göndərə bilər. Sayt rahat açılır. Onlayn müraciət formaları da var. Lakin abunə imkanı gözə dəymir. Ümumi rəyimiz bundan ibarətdir ki, bir sıra bilgilərin çatışmadığı saytda özəlliklə də sahəyə aid bilgilər yetərincə təqdim edilib. Aşağıda saytda gördüklərimizi qısa şəkildə təqdim edirik:

1.    Qurum ilə bağlı qurumun tarixi, qurumun fəaliyyətini təmin edən qanunverici baza, əsasnamə haqqında bilgilər yetərli səviyyədədir. Rəhbərləri haqqında və kollegiya haqqında bilgilər isə yetərli səviyyədə deyil.

2.    Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün qurumun yerləşdiyi ünvan, həm ümumi xarakterli, həm də ayrı-ayrı xidmət və alt bölümlərin telefon və faks nömrələri, mümkün olan bütün e-poçt ünvanları, qurumun ünvanının marşrut və sxemi haqqında bilgilər əks etdirilir. Burada çatışmayan ancaq quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə bilgidir.

3.    Qurumun strukturu haqqında qurumun strukturunun ümumi sxemi, aparat haqqında bilgilər verilsə də qurumun alt bölmələri və regional strukturu, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin dəqiq (tam) ünvanları, struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeliyindəki informasiya sistemləri haqqında bilgi yoxdur.

4.    Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından əsas rəhbərin və onun müavinlərinin bioqrafiyaları yetərli olmasa da, qurumun rəhbəri ilə əks əlaqə imkanları və qurum ilə əks əlaqə üçün ümumi imkanlar yetərli səviyyədədir. Struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər və ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları isə yoxdur.

5.    Qurumun cari fəaliyyəti haqqında mətbuat üçün açıqlamalar, quruma aid olan informasiya, quruma aid olan hər cür başqa cari informasiyalar yetərli qədərdir. Qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla), qurumun həyata keçirdiyi proqram və layihələr barədə isə bilgi yoxdur.

6.    Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə bilgilər əks etdirilmir.  

7.    Qurum tərəfindən təklif edilən xidmətlər haqqında qurumun təklif etməli olduğu mütləq xidmətlər, qurum tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər, xidmətlərin keyfiyyət göstəriciləri, onlayn müraciət imkanı, qaynar xətt, xidmətlərdən istifadə qaydaları haqqında bilgilər tamdır.

8.    İşə qəbul qaydaları və boş iş yerləri haqqında dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar, boş iş yerləri haqqında elanların arxivi barədə heç bir bilgi verilmir.

9.    Sahə işçilərinin əmək haqları barədə də bilgilər verilmir.  

10.    Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə təqdim edilmiş dövlət qurumunda vətəndaşların qəbul qaydaları, qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları, dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilər yetərli sayılacaq qədərdir. Burada çatışmayan yalnız vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgidir.

11.    Növbəti təqdim edilməyən bilgilər tender və yarışmaların keçirilməsi ilə bağlı olan qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları, tenderlərin keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri, elanların arxivi, tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları barədə bilgilərdir.

12.    Qurumun norma- (qanun)yaratma fəaliyyəti haqqında qurumun cari norma- (qanun)yaratma fəaliyyəti, bütün mümkün normativ aktların layihələri (tam mətni), bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri, qurumun norma- (qanun)yaratma fəaliyyəti ilə bağlı arxiv barədə bilgilər təqdim edilmir.

13.    Saytın texniki imkanları yaxşıdır. Ancaq burada abunə imkanı təqdim edilmir.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV