Friday 29th March 2024,

2012

Ξ Leave a comment

Azərbaycan Respublikası Səbail Rayon İcra Hakimiyyəti www.sabail-ih.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

posted by

Azərbaycan Respublikası Səbail Rayon İcra Hakimiyyəti www.sabail-ih.gov.az domen adlı İnternet resursunda barəsində müsbət fikir söylənəcək bir bilgiyə rast gəlinmədir. Burada əsas təqdim edilməli bilgilər olan məlumatlar yer almamış və nəzarət də yoxdur demək olar. Həmçinin saytın texniki imkanları da yetərli deyil. Biz tövsiyə edərdik ki, sayt yenidən yaradılsın və gərəkli bilgilər saytda əks etdirilsin. Bununla yanaşı bütün bəndlər üzrə tövsiyələrimizi aşağıda qeyd edirik.

1.    Rayon haqqında bilgilər yetərli sayılır və tövsiyəyə gərək duyulmur. Qurum haqqında isə yaxşı olardı ki, qurumun öncəki rəhbərləri haqqında, dövlət qulluqçusunun etik davranış qaydaları haqqında AR qanunu, qurumun əsasnaməsi barədə  bilgilər əks etdirilsin.

2.    Ziyarətçilərin qurum ilə əks əlaqəsi üçün ümumi imkanlar sırasına qurumun ünvanının sxeminin və quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında bilgilərin əlavə edilməsi tövsiyə olunur.  

3.    Qurumun strukturu haqqında həm strukturun sxeminin həm də sözlü bilgilərin təqdim edilməsi və qurumun alt bölmələri və  yerli icra nümayəndəlikləri, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin səlahiyyət çərçivələri və bələdiyyələr haqqında məlumatların saytda yerləşdirilməsi tövsiyə olunur.

4.    Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə barədə isə rəhbərin müavinlərinin bioqrafiyaları, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, qurumun rəhbəri ilə əks əlaqə imkanları, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları, vətəndaşların müraciətlərinə baxılma qaydası, rayondan seçilmiş millət vəkili haqqında məlumat və əlaqə imkanlarının təqdim edilməsinə ehtiyac var.

5.    Qurumun cari fəaliyyəti haqqında təqdim edilmiş informasiyaların oxunulur hala gətirilməsi və qurumdaxili əmrlər, sərəncamlar və qərarlar barədə bilgilərin təqdim edilməsi tövsiyə olunur.    

6.    Yaxşı olardı ki, büdcə ilə bağlı məsələlər haqqında saytda bilgi verilsin.

7.    Həmçinin qurumun təklif etməli olduğu mütləq xidmətlər, qurum tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər və xidmətlərdən istifadə qaydaları haqqında bilgilərin də təqdim edilməsi tövsiyə olunur.   

8.    Növbəti tövsiyə boş iş yerləri və işə qəbulla bağlı qurum və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası haqqında bilgi,  işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı mümkün komissiyalar haqqında bilgi, qurum və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar barədə bilgilərin təqdim edilməsi ilə bağlıdır.

9.    Sahə işçilərinin əmək haqları barədə bilgilərin işıqlandırılması gərəklidir.  

10.    Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında təqdim edilmiş bilgilərin dolğunlaşdırılması və qurumda vətəndaşların qəbul qaydaları və vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgilərin əlavə edilməsi yaxşı olardı.   

11.    Tender və yarışmaların keçirilməsi ilə bağlı elanlar, qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları və dövlət orqanları tərəfindən tender və yarışmaların keçirilməsinin qaydaları ilə bağlı ümumi informasiyaların təqdim edilməsi tövsiyələr sırasındadır.

12.    Saytın yenidən qurulması və saytda abunə və onlayn müraciət imkanının da daxil edilməsi tövsiyə olunur.   

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV