Azərbaycan Respublikası Suraxanı Rayon İcra Hakimiyyəti www.suraxani.info domen adlı İnternet resursu məlumat baxımından birazda olsa digər resurslardan seçilir. Ancaq saytın quruluşuna nəzər saldıqda həvəskar bir sayt təsiri bağışlayır. Burada əlaqə baxımından bilgilər yetərlidir demək mümkündür. Həmçinin bir çox bilgilər əks etdirilir. Lakin təqdim edilmiş bilgilərlə yanaşı ümumi dövlət büdcəsinin icra hakimiyyətinə aid hissəsi və onun icrası, qurum tərəfindən təklif edilən xidmətlər, işə qəbul qaydaları və boş iş yerləri, sahə işçilərinin əmək haqları, tender və yarışmaların keçirilməsi ilə bağlı bilgilər təqdim edilmir. Və cari informasiyalar barədə dəqiq bir fikir söyləmək mümkün olmur. Çünki təqdim edilmiş məlumatların illəri göstərilmir. Ümumilikdə isə sayt görünüşü aşağıdakı kimidir:
1. Rayon haqqında təqdim edilmiş bilgilər ətraflı və yetərli sayılır. Qurum haqqında isə yalnız qurumun rəhbəri haqqında qısaca bilgi təqdim edilir. Nə dövlət qulluqçusunun etik davranış qaydaları haqqında AR qanunu, nə qurumun öncəki rəhbərləri haqqında bilgilər, nə də qurumun əsasnaməsi barədə bilgilər saytda yer almamışdır.
2. Ziyarətçilərin qurum ilə əks əlaqəsi üçün qurumun ünvanı, həm ümumi xarakterli, həm də ayrı-ayrı xidmət və alt bölümlərin telefon və faks nömrələri, mümkün olan bütün e-poçt ünvanları əks etdirilir. Ancaq qurumun ünvanının sxemi və quruma başqa yerlərdən gəlmək üçün marşrut və ictimai nəqliyyat barədə bilgilər əks etdirilmir.
3. Qurumun strukturunun sxemi, qurumun alt bölmələri və yerli icra nümayəndəlikləri, əsas idarə və müəssisələr, banklar, təhsil və mədəniyyət qurumları və bələdiyyələr haqqında məlumatlar əks etdirilir. Burada çatışmayan struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar və struktur bölmələrinin səlahiyyət çərçivələri barədə olan bilgilərdir.
4. Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə barədə qurumun rəhbəri haqqında bilgi və qurum ilə əks əlaqə üçün ümumi imkanlar təqdim edilir. Rəhbərin müavinlərinin bioqrafiyaları, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, qurumun rəhbəri ilə əks əlaqə imkanları, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları, vətəndaşların müraciətlərinə baxılma qaydası və rayondan seçilmiş millət vəkili haqqında məlumat və əlaqə imkanı barədə bilgilər saytda rast gəlinmir.
5. Qurumun cari fəaliyyəti haqqında bilgilər təqdim edilsə də bu bilgilərin neçənci ilə aid olması göstərilmir. Yalnız bir məlumatda 2007-ci il yazılıb ki, bu da cari informasiyaların operativ olmadığını söyləməyə əsas verir. Bununla yanaşı qurumdaxili əmrlər, sərəncamlar və qərarlar barədə bilgilər də yoxdur.
6. Dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında bilgilər saytda yer almamışdır.
7. Çatışmayan daha bir bilgi qurumun təklif etməli olduğu mütləq xidmətlər, qurum tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər və xidmətlərdən istifadə qaydaları haqqında məlumatlardır.
8. Boş iş yerləri və işə qəbulla bağlı qurum və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası haqqında bilgi, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı mümkün komissiyalar haqqında bilgi, qurum və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar barədə bilgilər də təqdim edilmir.
9. Daha bir təqdim edilməyən bilgilər qurumun işçilərinin əmək haqları ilə bağlı bilgilərdir.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında ancaq qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları barədə bilgilər təqdim edilsə də qurumda vətəndaşların qəbul qaydaları və vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə bilgilər yoxdur.
11. Növbəti təqdim edilməyən informasiya qurumda tenderlərin keçirilməsi ilə bağlı elanlar, qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları və dövlət orqanları tərəfindən tender və yarışmaların keçirilməsinin qaydaları ilə bağlı bilgilərdir.
12. Saytın texniki imkanları zəifdir. Ancaq bununla yanaşı onlayn müraciət forması və abunə imkanı təqdim edilir.