Friday 19th April 2024,

2012

Ξ Leave a comment

Azərbaycan Respublikası Sabirabad Rayon İcra Hakimiyyəti www.sabirabad-ih.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR Azərbaycan Respublikası Sabirabad Rayon İcra Hakimiyyəti www.sabirabad-ih.gov.az domen

posted by

Azərbaycan Respublikası Sabirabad Rayon İcra Hakimiyyəti  www.sabirabad-ih.gov.az domen adlı İnternet resursu icmaldan da göründüyü kimi zəif saytlar sırasındadır. Hətta burada məlumat yoxdur da demək mümkündür. Çünki təqdim edilmiş məlumatlar da  yarımçıq şəkildədir. Sayta ciddi nəzarətə ehtiyac var. Texniki imkanlardan istifadə edərək saytın müasir və məlumat baxımından zəngin bir formaya gətirmək mümkündür. Bunun üçün də hər bir bənd üzrə tövsiyələrimizi qeyd edirik.

1.    Rayon haqqında bilgilər yetərli sayılır və tövsiyəyə gərək duyulmur. Qurum haqqında isə qurumun indiki və öncəki rəhbərləri haqqında və qurumun əsasnaməsi barədə  bilgilərin təqdim edilməsi tövsiyə olunur.  

2.    Ziyarətçilərin qurum ilə əks əlaqəsi üçün vacib bilgi olan qurumun ünvanının əks etdirilməsi və qurumun ünvanının sxeminin və quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında bilgilərin də təqdim edilməsi tövsiyə olunur.

3.    Qurumun strukturu barədə struktur haqqında sözlü bilgilərin, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanların və struktur bölmələrinin səlahiyyət çərçivələrinin əks etdirilməsi  də tövsiyə olunur.   

4.    Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə barədə qurumun rəhbərinin və onun müavinlərinin bioqrafiyaları, qurumun rəhbəri haqqında bilgi, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, qurumun rəhbəri ilə əks əlaqə imkanları, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları, vətəndaşların müraciətlərinə baxılma qaydası və rayondan seçilmiş millət vəkili haqqında məlumat və əlaqə imkanı barədə bilgilərin təqdim edilməsi gərəklidir.  

5.    Qurumun cari fəaliyyəti haqqında təqdim edilmiş bilgilərlə bərabər  qurumdaxili əmrlər, sərəncamlar və qərarlar barədə bilgilərin də təqdim edilməsi tövsiyə olunur.    

6.    Yaxşı olardı ki, büdcə ilə bağlı məsələlər haqqında bilgilər də əks etdirilsin.  

7.    Həmçinin qurumun təklif etməli olduğu mütləq xidmətlər, qurum tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər və xidmətlərdən istifadə qaydaları haqqında bilgilərin də təqdim edilməsi tövsiyə olunur.   

8.    Eyni tövsiyə boş iş yerləri və işə qəbulla bağlı qurum və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası haqqında bilgi,  işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı mümkün komissiyalar haqqında bilgi, qurum və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar barədə bilgilərə də aid edilir.

9.    Sahə işçilərinin əmək haqları barədə bilgilərin işıqlandırılması tövsiyələr sırasındadır.   

10.    Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında təqdim edilmiş bilgilərin dolğunlaşdırılması və qurumda vətəndaşların qəbul qaydaları və vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgilərin əlavə edilməsi yaxşı olardı.     

11.    Yaxşı olardı ki, tender və yarışmaların keçirilməsi ilə bağlı elanlar, qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları və dövlət orqanları tərəfindən tender və yarışmaların keçirilməsinin qaydaları ilə bağlı ümumi informasiyalar da saytda əks etdirilsin.  

12.    Saytın texniki imkanlarının daha da yaxşılaşdırılması və bu imkanlar sırasına abunə və onlayn müraciət formasının da daxil edilməsi tövsiyə olunur.   

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV