Thursday 21st November 2024,

2012

Ξ Leave a comment

Azərbaycan Respublikası Sabirabad Rayon İcra Hakimiyyəti www.sabirabad-ih.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by

Azərbaycan Respublikası Sabirabad Rayon İcra Hakimiyyəti  www.sabirabad-ih.gov.az domen adlı İnternet resursu da sıradan bir  resursdur. Burada da digər saytlarda olduğu kimi informasiya əldə olunması haqında qanuna əsasən təqdim edilməli bilgilərin heç birisi  yer almamışdır. Bu saytda yeganə yetərli sayıla biləcək bilgilər rayon haqında təqdim edilmiş bilgilərdir. Saytın ümumi görünüşü aşağıdakı kimidir:

1.    Rayon haqqında təqdim edilmiş bilgilər yetərli sayıla bilər. Qurum haqqında isə yalnız rəhbərin ad və soyadı birdə dövlət qulluqçusunun etik davranış qaydaları haqqında AR qanunu təqdim edilmişdir. Qurumun indiki və öncəki rəhbərləri haqqında bilgilər və qurumun əsasnaməsi isə təqdim edilmir.  

2.    Ziyarətçilərin qurum ilə əks əlaqəsi üçün qurumun telefon və faks nömrəsi, e-poçt ünvanı əks etdirilir. Qurumun ünvanı, ünvanın sxemi və quruma başqa yerlərdən gəlmək üçün marşrut və ictimai nəqliyyat barədə bilgilər verilmir.

3.    Qurumun strukturunun sxemi və bələdiyyələr haqqında bilgi təqdim edilsə də  qurumun alt bölmələri və yerli icra nümayəndəlikləri, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar və struktur bölmələrinin səlahiyyət çərçivələri barədə bilgilər yoxdur.  

4.    Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə barədə qurumun rəhbərinin və onun müavinlərinin bioqrafiyaları, qurumun rəhbəri haqqında bilgi, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, qurumun rəhbəri ilə əks əlaqə imkanları, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları, vətəndaşların müraciətlərinə baxılma qaydası və rayondan seçilmiş millət vəkili haqqında məlumat və əlaqə imkanı barədə bilgilər saytda əks etdirilmir. Burada yalnız qurum ilə əks əlaqə üçün ümumi imkanlara rast gəlinir.

5.    Qurumun cari fəaliyyəti haqqında bilgilər təqdim edilir. Ancaq qurumdaxili əmrlər, sərəncamlar və qərarlar barədə bilgilər yoxdur.

6.    Dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında bilgilər əks etdirilmir.    

7.    Çatışmayan daha bir bilgi qurumun təklif etməli olduğu mütləq xidmətlər, qurum tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər və xidmətlərdən istifadə qaydaları haqqında məlumatlardır.  

8.    Boş iş yerləri və işə qəbulla bağlı qurum və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası haqqında bilgi, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı mümkün komissiyalar haqqında bilgi, qurum və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar barədə də eyni sözləri demək mümkündür.

9.    Həmçinin qurumun işçilərinin əmək haqları ilə bağlı bilgilər də təqdim edilmir.   

10.    Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında qurumda vətəndaşların qəbul qaydaları və vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə bilgilər verilmir. Burada ancaq qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları barədə qısaca bilgilər təqdim edilir.

11.    Növbəti təqdim edilməyən informasiya qurumda tenderlərin keçirilməsi ilə bağlı elanlar, qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları və dövlət orqanları tərəfindən tender və yarışmaların keçirilməsinin qaydaları ilə bağlı bilgilərdir.  

12.    Saytın texniki imkanları normaldır. Ancaq onlayn müraciət forması və abunə imkanı da çatışmır.   

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV