Azərbaycan Respublikası Salyan Rayon İcra Hakimiyyəti www.salyan-ih.gov.az domen adlı İnternet resursunun digər saytlarla müqayisədə orta dəyərləndirmək olar. Çünki təqdim edilmiş bilgilərlə yanaşı gərəkli bilgilərin heç birisinə rast gəlinmir. Saytın daha çevik işləməsinin təmin edilməsi və gərəkli bilgilərin daxil edilməsi ilə sayt yüksək dəyərləndirilə bilər. Saytın təkmilləşdirilməsi üçün hər bir bənd üzrə tövsiyələrimizi qeyd edirik.
1. Rayon haqqında bilgilər dolğun şəkildə təqdim edildiyindən heç bir tövsiyəyə gərək duyulmur. Qurum haqqında dövlət qulluqçusunun etik davranış qaydaları haqqında AR qanunu, qurumun öncəki rəhbərləri haqqında və qurumun əsasnaməsi barədə bilgilərin təqdim edilməsi tövsiyə olunur.
2. Ziyarətçilərin qurum ilə əks əlaqəsi üçün ən azından ümumi imkanların (qurumun ünvanının, telefon və faks nömrələrinin, e-poçt ünvanının) təqdim edilməsi vacibdir.
3. Qurumun strukturu barədə struktur haqqında sözlü bilgilərin, qurumun alt bölmələri və yerli icra nümayəndəlikləri, struktur bölmələrinin səlahiyyət çərçivələri və bələdiyyələr haqqında bilgilərin də təqdim edilməsi tövsiyə olunur.
4. Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə barədə yaxşı olar ki, təqdim edilmiş bilgilər sırasına struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, qurum ilə əks əlaqə üçün ümumi imkan, vətəndaşların müraciətlərinə baxılma qaydası, rayondan seçilmiş millət vəkili haqqında məlumat və əlaqə imkanı haqqında bilgilər də daxil edilsin.
5. Qurumun cari fəaliyyəti haqqında təqdim edilmiş bilgilərlə bərabər qurumdaxili əmrlər, sərəncamlar və qərarlar barədə bilgilərin də təqdim edilməsi tövsiyə olunur.
6. Dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında bilgilərin də təqdim edilməsi tövsiyələr sırasındadır.
7. Yaxşı olardı ki, qurumun təklif etməli olduğu mütləq xidmətlər, qurum tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər və xidmətlərdən istifadə qaydaları haqqında bilgilər də saytda əks etdirilsin.
8. Daha bir tövsiyə boş iş yerləri və işə qəbulla bağlı qurum və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı mümkün komissiyalar haqqında, qurum və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar barədə bilgilərin təqdim edilməsi ilə bağlıdır.
9. Sahə işçilərinin əmək haqları barədə bilgilərin işıqlandırılması tövsiyələr sırasındadır.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında qurumda vətəndaşların qəbul qaydaları və vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgilərin əlavə edilməsi yaxşı olardı.
11. Həmçinin tender və yarışmaların keçirilməsi ilə bağlı elanlar, qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları və dövlət orqanları tərəfindən tender və yarışmaların keçirilməsinin qaydaları ilə bağlı ümumi informasiyaların da saytda əks etdirilməsi tövsiyə olunur.
12. Saytın daha çevik işləməsi üçün tədbirlərin görülməsi və abunə imkanının təqdim edilməsi tövsiyə olunur.