Thursday 21st November 2024,

2012

Ξ Leave a comment

Azərbaycan Respublikası Salyan Rayon İcra Hakimiyyəti www.salyan-ih.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by

Azərbaycan Respublikası Salyan Rayon İcra Hakimiyyəti  www.salyan-ih.gov.az domen adlı İnternet resursu quruluş baxımından tam fərqli və diqqət cəlb edən bir resurs kimi yaradılsa da saytın çox ləng işləməsi saytın quruluşunun fərqliliyini geridə qoyur. Saytda bir çox bilgilər yer almışdır. Ancaq bu bilgilərin əl çatımlılığı normal səviyyədə deyil. Həmçinin informasiya açıqlığı haqqında qanunda nəzərdə tutulmuş bilgilər də təqdim edilmir. Saytın ümumi görünüşü aşağıdakı kimidir:

1.    Rayon haqqında təqdim edilmiş bilgilər ətraflı və dolğundur. Qurum haqqında təqdim edilmiş yeganə bilgi qurumun rəhbərinin tərcümeyi-halıdır. Burada dövlət qulluqçusunun etik davranış qaydaları haqqında AR qanunu, qurumun öncəki rəhbərləri haqqında bilgilər və qurumun əsasnaməsi barədə bilgilər yer almamışdır.  

2.    Ziyarətçilərin qurum ilə əks əlaqəsi üçün onlayn müraciətdən başqa bir bilgi təqdim edilmir.

3.    Qurumun strukturunun sxemi, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar təqdim edilsə də qurumun alt bölmələri və  yerli icra nümayəndəlikləri, struktur bölmələrinin səlahiyyət çərçivələri və bələdiyyələr haqqında bilgilər yoxdur.  

4.    Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə barədə qurumun rəhbərinin və onun müavinlərinin bioqrafiyaları, qurumun rəhbəri ilə əks əlaqə imkanları, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları barədə bilgilərin saytda yer almasına baxmayaraq  struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, qurum ilə əks əlaqə üçün ümumi imkan, vətəndaşların müraciətlərinə baxılma qaydası, rayondan seçilmiş millət vəkili haqqında məlumat və əlaqə imkanı haqqında bilgilər təqdim edilmir.

5.    Qurumun cari fəaliyyəti haqqında mətbuat üçün təqdim edilmiş açıqlamaları yetərli saymaq olar. Ancaq qurumdaxili əmrlər, sərəncamlar və qərarlar barədə bilgilər əks etdirilmir.  

6.    Dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında bilgilər də saytda yer almayıb.     

7.    Qurumun təklif etməli olduğu mütləq xidmətlər, qurum tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər və xidmətlərdən istifadə qaydaları haqqında məlumatlar da əks etdirilməyən məlumatlar sırasındadır.   

8.    Boş iş yerləri və işə qəbulla bağlı qurum və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası haqqında bilgi, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı mümkün komissiyalar haqqında bilgi, qurum və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar barədə də eyni sözləri demək mümkündür.

9.    Həmçinin qurumun işçilərinin əmək haqları ilə bağlı bilgilər də təqdim edilmir.   

10.    Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında qurumda vətəndaşların qəbul qaydaları və vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə bilgilər verilmir. Burada ancaq qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları barədə bilgilər saytda yer almışdır.  

11.    Növbəti təqdim edilməyən informasiya qurumda tenderlərin keçirilməsi ilə bağlı elanlar, qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları və dövlət orqanları tərəfindən tender və yarışmaların keçirilməsinin qaydaları ilə bağlı bilgilərdir.  

12.    Saytın texniki imkanları zəifdir. Onlayn müraciət forması təqdim edilsə də abunə imkanı verilmir.    

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV