Saturday 27th April 2024,

2012

Ξ Leave a comment

Azərbaycan Respublikası Siyəzən Rayon İcra Hakimiyyəti www.siyezen-ih.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

posted by

Azərbaycan Respublikası Siyəzən Rayon İcra Hakimiyyəti www.siyezen-ih.gov.az domen adlı İnternet resursu barədənun digər saytlarla müqayisədə orta dəyərləndirmək olar. Çünki təqdim edilmiş bilgilərlə yanaşı gərəkli bilgilərin heç birisinə rast gəlinmir. Saytın daha çevik işləməsinin təmin edilməsi və gərəkli bilgilərin daxil edilməsi ilə sayt yüksək dəyərləndirilə bilər. Saytın təkmilləşdirilməsi üçün hər bir bənd üzrə tövsiyələrimizi qeyd edirik.

1.    Rayon haqqında bilgilər dolğun şəkildə təqdim edildiyindən heç bir tövsiyəyə gərək duyulmur. Qurum haqqında dövlət qulluqçusunun etik davranış qaydaları haqqında AR qanunu, qurumun öncəki rəhbərləri haqqında və qurumun əsasnaməsi barədə bilgilərin təqdim edilməsi tövsiyə olunur.  

2.    Ziyarətçilərin qurum ilə əks əlaqəsi üçün ümumi imkanlarla yanaşı qurumun ünvanının sxemi, quruma başqa yerlərdən gəlmək üçün nəqliyyat vasitələri haqqında bilgilərin də təqdim edilməsi tövsiyə olunur.

3.    Qurumun strukturu barədə isə çatışmayan qurumun alt bölmələri və yerli icra nümayəndəlikləri, struktur bölmələrinin səlahiyyət çərçivələri haqqında bilgilərin təqdim edilməsi gərəklidir.   

4.    Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə barədə təqdim edilmiş bilgilərlə bərabər qurumun rəhbərinin müavinlərinin bioqrafiyaları, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, qurumun rəhbəri ilə əks əlaqə imkanları və vətəndaşların müraciətlərinə baxılma qaydası barədə bilgilər də əks etdirilsin.

5.    Qurumun cari fəaliyyəti barədə bilgilərin operativ halda təqdim edilməsi və   qurumdaxili əmrlər, sərəncamlar və qərarlar barədə bilgilərin də əks etdirilməsi  tövsiyə olunur.    

6.    Yaxşı olar ki, dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında bilgilər saytda öz əksini tapsın.

7.    Qurumun təklif etməli olduğu mütləq xidmətlər, qurum tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər və xidmətlərdən istifadə qaydaları haqqında bilgilərin də təqdim edilməsi tövsiyə olunur.  

8.    Eyni tövsiyə boş iş yerləri və işə qəbulla bağlı qurum və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı mümkün komissiyalar haqqında, qurum və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar barədə bilgilərə aid edilir.

9.    Sahə işçilərinin əmək haqları barədə bilgilərin işıqlandırılması yaxşı olardı.    

10.    Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında qurumda vətəndaşların qəbul qaydaları və vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgilərin sayta daxil edilməsi tövsiyə olunur.    

11.    Həmçinin tender və yarışmaların keçirilməsi ilə bağlı elanlar, qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları və dövlət orqanları tərəfindən tender və yarışmaların keçirilməsinin qaydaları ilə bağlı ümumi informasiyaların da saytda əks etdirilməsi tövsiyə olunur.   

12.    Saytın texniki imkanlarının daha da yaxşı bir hala gətirilməsi, saytın zənginləşdirilməsi və onlayn müraciət forması və abunə imkanının da təqdim edilməsi tövsiyə olunur.  

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV