Tuesday 03rd December 2024,

2012

Ξ Leave a comment

Azərbaycan Respublikası Siyəzən Rayon İcra Hakimiyyəti www.siyezen-ih.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by

Azərbaycan Respublikası Siyəzən Rayon İcra Hakimiyyəti www.siyezen-ih.gov.az domen adlı İnternet resursu yaradılıb və bəzən nəzarət edilən saytlar sırasındadır. Saytda keç bir inkişafın olmadığı hətta ən son məlumatın 2011-ci ilə aid olduğu buna bir sübutdur. Bu resursda da müsbət söylənən biləcək yeganə məlumat rayon haqqında verilmiş məlumatlardır. Digər təqdim edilmiş resurslar ya yarımçıq şəkildədir yada heç qədim edilmir. Ümumilikdə saytın görünüşü aşağıdakı kimi dəyərləndirilir:

1.    Rayon haqqında təqdim edilmiş bilgilər yetərli sayıla bilər.  Qurum haqqında qurumun rəhbərinin bioqrafiyası, dövlət qulluqçusunun etik davranış qaydaları haqqında AR qanunu təqdim edilir. Ancaq  qurumun öncəki rəhbərləri haqqında və qurumun əsasnaməsi barədə bilgilər əks etdirilmir.  

2.    Ziyarətçilərin qurum ilə əks əlaqəsi üçün qurumun ünvanı, telefon və faks nömrələri, e-poçt ünvanları təqdim edilir. Ancaq qurumun ünvanının sxemi, quruma başqa yerlərdən gəlmək üçün nəqliyyat vasitələri haqqında bilgilər əks etdirilmir.  

3.    Qurumun strukturunun sxemi, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar və bələdiyyələr haqqında bilgilər saytda yer almışdır.  Burada çatışmayan qurumun alt bölmələri və yerli icra nümayəndəlikləri, struktur bölmələrinin səlahiyyət çərçivələri barədə olan bilgilərdir.

4.    Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə barədə qurumun rəhbərinin bioqrafiyası, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları və qurum ilə əks əlaqə üçün ümumi imkanlar təqdim edilir. Rəhbərin müavinlərinin bioqrafiyaları, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, qurumun rəhbəri ilə əks əlaqə imkanları və vətəndaşların müraciətlərinə baxılma qaydası barədə bilgilərə saytda rast gəlinmir.

5.    Qurumun cari fəaliyyəti haqqında mətbuat üçün təqdim edilmiş açıqlamalar operativ sayıla bilməz. Burada ən son təqdim edilmiş bilgi 21 noyabr 2011-ci ilə aiddir. Həmçinin qurumdaxili əmrlər, sərəncamlar və qərarlar barədə bilgilər də əks etdirilmir.  

6.    Dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında bilgilər də yoxdur     

7.    Qurumun təklif etməli olduğu mütləq xidmətlər, qurum tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər və xidmətlərdən istifadə qaydaları haqqında məlumatlar da əks etdirilməyən məlumatlar sırasındadır.   

8.    Boş iş yerləri və işə qəbulla bağlı qurum və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası haqqında bilgi, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı mümkün komissiyalar haqqında bilgi, qurum və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar barədə də eyni sözləri demək mümkündür.

9.    Həmçinin sahə işçilərinin əmək haqları ilə bağlı bilgilərə də rast gəlinmir.    

10.    Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları barədə bilgilər qısacıq da olsa təqdim edilir. Ancaq qurumda vətəndaşların qəbul qaydaları və vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə bilgilər verilmir.  

11.    Növbəti təqdim edilməyən informasiya qurumda tenderlərin keçirilməsi ilə bağlı elanlar, qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları və dövlət orqanları tərəfindən tender və yarışmaların keçirilməsinin qaydaları ilə bağlı bilgilərdir.  

12.    Saytın texniki imkanları normal yayılır. Nə onlayn müraciət forması nə də abunə imkanı təqdim edilmir.     

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV