Tuesday 03rd December 2024,

2012

Ξ Leave a comment

Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti www.bakucity.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

posted by

Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyətinin www.bakucity.az ünvanlı İnternet resursu, icmaldan da anlaşıldığı kimi bəzi bölmələr istisna olmaqla bir çox göstəricilər üzrə bilgi çatışmazlığından əziyyət çəkir. Saytda yetərincə olmasa da operativlik var. Ancaq şəffaflıq baxımından çox gərəkli olan əsas bilgilərin yoxluğu heç də gözdən qaçmır. Saytın texniki imkanları onun təkmilləşdirilməsini mümkün edir. Ona görə də düşünürük ki, bu yöndə bəzi tövsiyələrimizi təqdim etməyə dəyər. Beləliklə, resursun təkmilləşdirilməsi üçün tövsiyələrimiz:

1.    Qurum ilə bağlı qurumun əsasnaməsi və dövlət qulluqçusunun etik davranış  qaydaları haqqında AR qanunu haqqında daha geniş və ayrıntılı bilgi verilməsi tövsiyə olunur.

2.    Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün təqdim edilmiş bilgilər sırasına yaxşı olardı ki, qurumun ünvanının sxemi və başqa yerlərdən quruma gəlmək üçün nəqliyyat vasitələri haqqında bilgilər də daxil edilsin.  

3.    Qurumun strukturu haqqında struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin səlahiyyət çərçivələri və bələdiyyələr haqqında məlumatların əks etdirilməsi tövsiyə olunur.

4.    Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə barədə rəhbərin müavinlərinin bioqrafiyaları, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları, vətəndaşların müraciətlərinə baxılma qaydası, şəhərdən seçilmiş millət vəkili haqqında məlumat və əlaqə imkanı haqqında məlumatların verilməsi tövsiyələr sırasındadır.

5.    Qurumun cari fəaliyyəti haqqında isə rayonda həyata keçirilən dövlət layihələri və proqramları, şəhərin ictimai həyatı, qurumdaxili əmrlər, sərəncamlar və qərarlar, şəhərin ictimai-siyasi qurumları, media qurumları barədə bilgilərin də təqdim edilməsi gərəklidir.

6.    Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə bilgilərin təqdim edilməsi yaxşı olardı.  

7.    Daha bir tövsiyə qurum tərəfindən təklif edilən xidmətlər barədə qurumun təklif etməli olduğu mütləq xidmətlər, qurum tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər və xidmətlərdən istifadə qaydaları haqqında bilgilərin təqdim edilməsi ilə bağlıdır.  

8.    İşə qəbul qaydaları və boş iş yerləri haqqında qurumda və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı mümkün komissiyalar, icra hakimiyyəti və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanların əks etdirilməsi gərəklidir.  

9.    Yaxşı olardı ki, sahə işçilərinin əmək haqları barədə bilgilər əks etdirilsin.

10.    Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə verilmiş bilgilərlə bərabər vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilginin də təqdim edilməsi tövsiyə olunur.

11.    Tender və yarışmaların keçirilməsi ilə bağlı dövlət orqanları tərəfindən tender və yarışmaların keçirilməsinin qaydaları ilə bağlı ümumi informasiyaların, icra hakimiyyəti tərəfindən tender və yarışmaların keçirilmə qaydaları və tenderlərin keçirilməsi ilə bağlı elanların təqdim edilməsi tövsiyələr sırasındadır.

12.    Saytın texniki imkanları ilə bərabər abunə imkanının da təqdim edilməsi tövsiyə olunur.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV