Tuesday 03rd December 2024,

2012

Ξ Leave a comment

Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti www.bakucity.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by

Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyətinin www.bakucity.az ünvanlı İnternet resursu dünya siyasətində ciddi rol oynamağa iddia edən bir paytaxtın saytı üçün yetərli sayıla bilməyəcək durumdadır. Düzdür, saytda cari informasiyalar müəyyən gecikmə ilə də olsa təqdim olunur, ancaq bu heç də ondan xəbər vermir ki, bu resurs yetərli səviyyədədir. Saytın bir sıra bölmələri üzrə ümumiyyətlə bilgi yoxkən, başqa bölmələrdəki bilgilər də yarımçıqdır. Təbii ki, belə bir durum ürəkaçan deyil. Arzu olunur ki, bu resurs çağdaş tələblərə cavab verəcək səviyyədə təşkil edilsin. Qurumun resursunun ümumi görüntüsü aşağıdakı kimidir:

1.    Şəhər haqqında məlumat, tarixi, mədəniyyəti və s. bilgilər tam şəkildə təqdim edilir. Qurum ilə bağlı isə qurumun rəhbəri, bioqrafiyası və icra aparatı haqqında bilgilər tamdır, qurumun struktur, əsasnaməsi, dövlət qulluqçusunun etik davranış qaydaları haqqında AR qanunu yetərli barədə bilgilər isə yetərli səviyyədə deyil.

2.    Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün imkanlar qurumun yerləşdiyi ünvan, həm ümumi xarakterli, həm də ayrı-ayrı xidmət və alt bölümlərin telefon və faks nömrələri, mümkün olan bütün e-poçt ünvanları tam və dolğun şəkildə təqdim edilir. Çatışmayan qurumun ünvanının sxemi və başqa yerlərdən quruma gəlmək üçün nəqliyyat vasitələri haqqında bilgilərdir.

3.    Qurumun strukturu barədə qurumun alt bölmələri və  yerli icra nümayəndəlikləri haqqında bilgilər tam olmasa da verilir. Əsas idarə və müəssisələr, banklar, təhsil və mədəniyyət qurumları haqqında bilgilər isə tam şəkildədir. Ancaq struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin səlahiyyət çərçivələri və bələdiyyələr haqqında məlumatlar yoxdur.

4.    Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə barədə qurumun rəhbəri haqqında və rəhbəri ilə əks əlaqə imkanları, qurum ilə əks əlaqə üçün ümumi imkanlar barədə bilgilər təqdim edilir. Rəhbərin müavinlərinin bioqrafiyaları, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları, vətəndaşların müraciətlərinə baxılma qaydası, şəhərdən seçilmiş millət vəkili haqqında məlumat və əlaqə imkanı haqqında isə heç nə deyilmir.

5.    Qurumun cari fəaliyyəti haqqında mətbuat üçün açıqlamalar və qurumun həyata keçirdiyi tədbirlər, cari işlər haqqında məlumatlar (təhsil, səhiyyə, mədəniyyət, iqtisadiyyat və s. sahələrdə) yetərli sayıla bilər. Ancaq rayonda həyata keçirilən dövlət layihələri və proqramları, şəhərin ictimai həyatı, qurumdaxili əmrlər, sərəncamlar və qərarlar, şəhərin ictimai-siyasi qurumları, media qurumları haqqında bilgilər təqdim edilmir.

6.    Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə məlumatlar saytda yer almamışdır.  

7.    Qurum təklif edilən xidmətlər haqqında yalnız onlayn müraciət etmək imkanı təqdim edilir. Burada qurumun təklif etməli olduğu mütləq xidmətlər, qurum tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər və xidmətlərdən istifadə qaydaları barədə bilgilər yer almamışdır.

8.    İşə qəbul qaydaları və boş iş yerləri haqqında qurumda və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı mümkün komissiyalar, icra hakimiyyəti və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar barədə heç bir bilgi saytda yer almamışdır.

9.    Təəssüf ki, sahə işçilərinin əmək haqları barədə də bilgilər təqdim edilmir.  

10.    Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi təqdim edilməsə də qurumda vətəndaşların qəbul qaydaları, qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları haqqında bilgilər yetərli sayıla bilər.

11.    Tender və yarışmaların keçirilməsi ilə bağlı da heç bir bilgiyə rast gəlinmir.

12.    Saytın texniki imkanları və istifadə rahatlığı yaxşıdır. Ancaq abunə imkanı təqdim edilmir.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV