Saturday 22nd September 2018,

2013

Ξ Leave a comment

Nəqliyyat Nazirliyinin www.mot.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by informadmin
Nəqliyyat  Nazirliyinin www.mot.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

Azərbaycan Respublikası Nəqliyyat  Nazirliyinin www.mot.gov.az ünvanlı İnternet saytı dolğun şəkildə təqdim edilməkdədir. Sayt özü bütövlükdə götürdükdə normal sayıla bilər. Saytın struktur sxeminin olmaması, abunə imkanının yoxluğu çatışmayan cəhətlərdəndir.  Burada diqqətə çatdıraq ki, nəqliyyat sektoru ölkənin elə bir sahəsidir ki, hər an nəqliyyat sahəsində baş verən çatışmazlıqıarla bağlı məlumat verilməsi üçün qurumun saytının ön səhifəsində qaynar xəttin olması vacib sayılır.

Lakin, təəssüf ki, qaynar xətt nə saytın ön səhifəsində, nə də ictimaiyyətlə əlaqə bölməsində görünmür. Yalnız vətəndaşların qəbul günləri bölməsinin sonunda qaynar xəttə rast gəlmək mümkündür.  Saytda bəzi bölmələr üzrə heç bir bilginin olmaması da diqqətdən qaçmır. Qurumun büdcəsi haqqında  bilgilər yarımçıq verilir. Yəni, saytda yol tikinsitinə, layihələrə ayrılan vəsaitlər haqqında ayrı-ayrı illər üzrə statistik məlumatlar verilsə də, qurumun sahə işçilərinin tarif stavkası haqda  heç bir bilgi verilmir.

Nazirliyin alt bölümləri və regional bölmələri haqda məlumatlar geniş verilmişdir. Amma regional qurumların rəhbərləri və onlarla əlaqə vasitələri göstərilməmişdir. Bütövlükdə isə saytın durumu aşağıdakı kimidir:

1. Qurum ilə bağlı təqdim edilmiş informasiyalar yetərli sayılır. Nazirliyin alt qurumlarının ayrıca saytları mövcuddur və bu saytlara nazirliyin saytından birbaşa keçmək mümkündür. Məsələn, Azərbaycan Dəmiryolu Nəqliyyatının (www. railway. gov.az), Su Nəqliyyatı ( www.caspar.baku.az), Avtomobil yolları  (www.azeryol.az), Mülki Hava Nəqliyyatı (www.azal.az), Nəqliyyatı İdarəetmə Mərkəzi (www.niim.az) saytları var. Alt qurumların saytlarında həmin qurumlar haqqında kifayət qədər məlumatlar verilir ki, bu da yaxşı hal sayılır.

2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün ümumi imkanlar (qurumun yerləşdiyi ünvan, telefon və faks nömrələri, mümkün olan bütün e-poçt ünvanları) təqdim edilir. Burada yalnız quruma gəlmək üçün ictimai nəqliyyat haqqında bilgilər çatışmır. Həmçinin, regional bölmələrin ünvanları və onlarla əlaqə vasitələri yoxdur.

3. Qurumun strukturunun ümumi sxeminə saytda rast gəlinmir. Aparat işçilərindən yalnız nazir və onun 1 müavini haqda məlumat verilir, digər rəhbər işçilər barədə bilgiyə rast gəlinmir. Qurumun tabeliyindəki digər qurumlar haqqında bilgilər tam şəkildə təqdim olunsa da, alt bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, (həmin qurumların saytlarındakı məlumatlar istisna olunarsa) struktur bölmələrinin tam ünvanları haqqında heç bir məlumat təqdim edilmir.

4. Rəhbər işçilər onlarla əks əlaqə baxımından qurumun rəhbərinin bioqrafiyası, əks əlaqə imkanları təqdim edilir. Lakin struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, qurumun rəhbəri ilə əks əlaqə imkanları barədə bilgilərə rast gəlinmir.

5. Qurumun cari fəaliyyəti haqqında informasiyalar yetərli sayıla biləcək qədərdir.

6. Təəssüf ki, ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında heç bir bilgi saytda əks etdirilmir.

7. Qurum tərəfindən təklif edilən xidmətlər barədə elektron formada təklif olunan xidmətlər, xidmətlərin keyfiyyət göstəriciləri, onlayn müraciət imkanı və xidmətlərdən istifadə qaydaları haqqında bilgilər öz əksini tapmışdır.

8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında  həmçinin, işə qəbulun norma və qaydaları barədə bilgilər təqdim edilmir.  İşə qəbulla bağlı komissiyalar haqqında, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar, boş iş yerləri haqqında elanların arxivi barədə də hər hansı bir bilgiyə rast gəlinmir.

9. Sahə işçilərinin əmək haqları barədə də heç bir bilgilər mövcud deyildir.

10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə məlumatlar saytda öz əksini tapmışdır. Həmçinin,  dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilər də əks etdirilir.

11. Tender və yarışmaların keçirilməsi ilə bağlı bütün mümkün qayda və elanlar barədə təqdim edilən bilgi qurum tərəfindən tender və yarışmaların elanları və keçirilmə qaydaları barədədir. Tender və yarışmaların nəticələrinin mübahisələrin həlli qaydaları  barədə isə  heç bir məlumat təqdim edilmir.

12. Növbəti təqdim edilən bilgilər qurumun norma- (qanun)yaratma fəaliyyəti haqqındadır.

13. Saytın texniki imkanları sırasında abunə  və sosial şəbəkədə səhifəsi təqdim olunmur  (yalnız Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin fasebook sosial şəbəkəsində səhifəsi istisna olunmaqla).

 

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

    arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

    ARXİV