Sunday 18th November 2018,

2013

Ξ Leave a comment

Mədəniyyət və Turizm www.mct.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by informadmin
Mədəniyyət və Turizm www.mct.gov.az  domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

medeniyyet_turzim_nazirliyiAzərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin www.mct.gov.az ünvanlı İnternet saytı digər qurumların saytları ilə müqayisədə daha dolğun və daha funksional şəkildə təqdim edilməkdədir. Saytda Azərbaycanla, onun mədəni irsi ilə bağlı bütün məlumatlar öz əksini tapmışdır. Ölkənin flora və faunası, təbiəti, tarixi-mədəni abidələri, mətbəxi, arxeoloji abidələri, nadir tapıntıları, teatr və muzeyləri, pir və ziyarətgahları – bir sözlə mədəniyyətlə bağlı bütüb sahələr barədə geniş məlumatlar verilmişdir ki, bu da ziyarətçidə qurum və onun saytı haqqında yüksək fikirlər yaradır. Saytda e-xidmətlər bölümü ayrıca təklif olunur. Sayt bütövlükdə zəngindir. Onlayn yazışma forması və abunə imkanının bolluğu da öz yerində. Diqqəti çəkən başqa bir məqam saytın demək olar ki, bütün sosial şəbəkələrdə səhifəsinin mövcud olmasıdır. Həm də həmin şəbəkələrə saytdan birbaşa keçmək mümkündür. Saytda qurumun büdcəsi haqqında ümumi məlumatlar yer alsa da, sahə işçilərinin tarif stavkası haqda heç bir bilgi verilmir. Bütövlükdə isə saytın durumu aşağıdakı kimidir:

 

1. Qurum ilə bağlı təqdim edilmiş informasiyalar yetərli sayıla biləcək qədərdir.

2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün ümumi imkanlar (qurumun yerləşdiyi ünvan, telefon və faks nömrələri, mümkün olan bütün e-poçt ünvanları) təqdim edilir. Burada yalnız quruma gəlmək üçün ictimai nəqliyyat haqqında bilgilər çatışmır.

3. Qurumun strukturu haqqında qurumun strukturunun ümumi sxemi və qurumun tabeliyindəki informasiya sistemləri haqqında bilgilər tam şəkildə təqdim olunur. Digər bilgilər (aparat, qurumun alt bölmələri və regional strukturu, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin tam ünvanları və struktur bölmələrinin səlahiyyət çərçivələri) haqqında da məlumatlar yetərli həddə  təqdim edilir.

4. Rəhbər işçilər, onlarla əks əlaqə, qurumun rəhbərinin bioqrafiyası, əks əlaqə imkanları geniş şəkildə təqdim edilir. Həmçinin, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, qurumun rəhbəri ilə əks əlaqə imkanları barədə bilgilər də verilmişdir.

5. Qurumun cari fəaliyyəti haqqında informasiyalar yetərli sayıla biləcək qədərdir.

6. Təəssüf ki, ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında bilgilər natamam əks etdirilmişdir.

7. Qurum tərəfindən təklif edilən mütləq xidmətlər, elektron formada təklif olunan xidmətlər, xidmətlərin keyfiyyət göstəriciləri, onlayn müraciət imkanı, qaynar xətt və xidmətlərdən istifadə qaydaları haqqında bilgilər öz əksini tapmışdır.

8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında natamam bilgilər təqdim edilir.  İşə qəbulla bağlı komissiyalar haqqında, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar, boş iş yerləri haqqında elanların arxivi barədə isə hər hansı bir bilgiyə rast gəlinmir.

9. Sahə işçilərinin əmək haqları barədə də heç bir bilgilərə rast gəlinmədiyini söyləmək olar.

10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə məlumatlar, həmçinin dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilər əks etdirilir.

11. Tender və yarışmaların keçirilməsi ilə bağlı bütün mümkün qayda və elanlar barədə bilgi təqdim edilir. Tenderlərin keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri, elanların arxivi haqda məlumatlar təqdim olunsa da, tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları barədə  heç bir məlumat təqdim edilmir.

12.  Növbəti təqdim edilən bilgilər isə qurumun norma- (qanun)yaratma fəaliyyəti haqqındadır.

13. Saytın texniki imkanları sırasında abunə və əks əlaqə üçün onlayn forma təklif edilir. Həmçinin, sosial şəbəkələrdə aktiv səhifələri mövcuddur ki, bu da saytın üstünlüyünü göstərir.

 

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

    arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

    ARXİV