Friday 26th April 2024,

Təhlil və şərhlər

Ξ Leave a comment

İnformasiya bolluğunda məlumat qıtlığı (Afaq, “Üç nöqtə” qəzeti)

posted by

İnformasiya bolluğunda məlumat qıtlığı

Afaq

“Üç nöqtə” qəzeti

DÖVLƏT QURUMLARI "İNFORMASİYA ƏLDƏ ETMƏK HAQQINDA" QANUNUN TƏLƏBLƏRİNƏ NECƏ ƏMƏL EDİRLƏR

Rəssam təbiətin bütün gözəlliklərini, ahəngini, rəngarəngliyini, ürəyinin yanğısını rəsmlərində əks etdirməklə mənəvi rahatlıq tapır. Duyğuları, hissləri, insan münasibətlərini incəliklə, obrazlı dildə öz qələm süzgəcindən keçirən şair də şeirləri ilə yaşayır, nəfəs alır. Cəmiyyətin bütün reallıqlarını, gerçəkliklərini, təbiətdə baş verən təbii fəlakətləri, habelə qaranlıq görünən bir çox prosesləri aşkarlamaq, onları təfərrüatı ilə yaymaq isə jurnalistlərin mənəvi borcudur. Amma bir çox hallarda jurnalistlər bütün bu imkanlardan məhrum edilirlər…

 JURNALİSTLƏRİN MƏLUMAT ALMAQ PROBLEMİ

 Ötən il ölkədə "İnformasiya əldə etmək haqqında" qanunun tətbiqi ilə bağlı fərman imzalananda fikirləşdik ki, yəqin bundan sonra informasiya almaq sahəsində jurnalistlərin qarşılaşdıqları bütün problemlər öz həllini tapacaq. Amma bu qanunun tətbiqi də heç nəyi dəyişmədi. Hansı qurumların mətbuat xidməti qanunun qəbuluna qədər mətbuata informasiya verməkdən boyun qaçırırdısa, elə indi də onlar media üçün qapalıdırlar. Məlumat ala bilməyən jurnalistlər isə yeganə çıxış yolunu həmin qurumların internet ünvanlarına müraciət etməkdə görürlər. Amma bu məsələdə də onların üzünə bütün "qapılar" qapanır. Bu zaman bəzi dövlət orqanlarının ümumiyyətlə, internet ünvanının olmaması, ya da saytı olan digər qurumlarda informasiyaların "köhnə" olduğu üzə çıxır. Qeyd edək ki, "İnformasiya əldə etmək haqqında" qanunun 34.2-ci maddəsində dövlət orqanlarının və bələdiyyələrin İnternet informasiya ehtiyatlarının yaradılması formaları və qaydalarının müəyyən edilməsi göstərilib.

İNTERNET ÜNVANLARINA VİRTUAL SƏYAHƏT

Qurumların saytlarının qanuna uyğun olub-olmamasını, ümumiyyətlə, saytların bilgi və informasiya vermək sahəsində vəziyyətin hansı səviyyədə olmasını müəyyənləşdirmək üçün virtual səyahətə çıxdıq. Öncə ölkə başçısının internet ünvanına nəzər saldıq. Ölkə Prezidentinin (www.rreside t.az) saytı bütün standartlara cavab verir, desək yanılmarıq. Hər halda digər dövlət qurumlarına örnək ola biləcək bir saytdır. İnternet resursunda prezidentə məktub yazmaq üçün imkan da yaradılıb. Azərbaycanın İnternet ehtiyatlarını izləyərkən Rusiyadakı mövcud vəziyyətlə müqayisəli şəkildə təhlil etməyə çalışdıq. Axtarış zamanı Rusiya prezidentinin (www.kremli .ru) saytı da nəzərimizi cəlb etdi. Əlbəttə ki, prezident saytının bütün kriteriyalara cavab verməsi labüddür. Amma ümumilikdə saytın özəl xüsusiyyətləri də nəzərimizdən yayınmadı. Operativliyi, texniki baxımdan təşkil olunması cəlbedicidir. Ən əsası isə prezidentin çıxışlarını saytda izləmək mümkündür. Eyni zamanda, saytda prezidentlə virtual əlaqə saxlamaq imkanları da var. Prezidentin saytından sonra ölkədə ali qanunverici orqan sayılan Milli Məclisin (www. meclis.gov.az ) internet səhifəsinə "ekskursiya" etdik. Jurnalistlərin daha çox gileyləndiyi bu sayt olduqca zəif tərtibatı ilə nəzəri cəlb edir. Nəinki xarici ölkələrin saytları ilə, heç Azərbaycan üçün də yetərli tərtib edilməyib. Parlamentdə qəbul edilən qanunlar isə bu səhifəyə vaxtında yerləşdirilmir. MM-in internet səhifəsindəki əsaslı fərqi isə Rusiyanın Dövlət Dumasının (www.duma.gov.ru) saytı ilə müqayisədə daha qabarıq görürük. www.duma.gov.ru saytı öncə məlumatları operativ çatdırması ilə fərqlənir. Bundan əlavə internet resursu hər bir vətəndaşa Dövlət Dumasının görüntülərini izləmək imkanı verir. Tərtibatı da çox yüksək səviyyədə qurulub.

ZƏİF TƏRTİBATLI VƏ KÖHNƏ İNFORMASİYALI SAYTLAR

Azərbaycan Səhiyyə Nazirliyinin (www.med et.az) saytı daha çox köhnə informasiyaları ilə nəzəri cəlb edir. Saytın sağ tərəfində xəbərlər, nazirlik haqqında məlumat, kitabxana, tibbi statistika, layihələr göstərilib. Sol tərəfində isə köhnə informasiyalar olur. Tərtibatı isə yetərincə zəif saymaq olar. Bu baxımdan adıçəkilən saytı Rusiyanın Səhiyyə Nazirliyinin (www.mi zdrav-rf.ru) internet resursu ilə müqayisə etməyə dəyməz. O səbəbdən ki, ən əsası bu ünvanda məlumatlar vaxtında yerləşdirilir. Qanunvericilik, tenderlər, hökumətin büdcədənkənar fondları, nazirliyin prioritet sahələri, eləcə də səhiyyə sahəsində önəm verilən milli proyektlər, mətbuat xidməti, səhiyyə sahəsində aparılan monitorinqlər, beynəlxalq əlaqələr, informasiya resursları və s. xidmətlər saytda geniş yer alıb. Ölkəmizin Gənclər və İdman Nazirliyinin internet saytı (www.mys.gov.az) olduqca kasad və zəif təsir bağışlayır. Saytda lazımi informasiyaları tapmaq mümkün deyil. Sadəcə keçiriləcək və keçirilmiş tədbirlər haqqında informasiyalar yerləşdirilib. Nazirliyin özü haqqında isə heç bir bilgi yoxdur. Bir neçə bölmədən ibarət saytda nəinki ayrı-ayrı vəzifəli şəxslərin, hətta gənclər və idman nazirinin özünün belə adına rast gəlmək olmur.

 BƏZİ DÖVLƏT QURUMLARININ İNTERNET ÜNVANI YOXDUR

Təhsil Nazirliyinin (www. edu.gov.az) internet saytı da demək olar ki, boşdur və operativlikdən uzaqdır. İnternet ünvanına adı yerləşdirilən bölmələrin düyməsini basdıqda məlum olur ki, orada heç bir məlumat yoxdur. Buradan da belə nəticə çıxır ki, əslində bu sayt real işə yox, görüntüyə xidmət edir. Amma kifayətdir ki, Rusiyanın Təhsil Nazirliyinin (www.edu.ru) saytına nəzər salasan. Bu ünvanda təhsillə bağlı nəinki Rusiyanın, eyni zamanda xarici təhsillə bağlı bütün informasiyaları əldə etmək olar. Axtarış zamanı o da məlum oldu ki, internetin bu qədər inkişaf etdiyi bir dönəmdə bəzi dövlət qurumlarının saytları (Ağır Cinayətlərə Dair Məhkəmə) ya ümumiyyətlə yoxdur, yaxud varsa da ( Sənaye və Energetika Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi) faktiki olaraq fəaliyyət göstərmir. Maraqlısı isə budur ki, bəzi dövlət orqanlarında qurum haqqında qəzetlərdə yayımlanan informasiyaları sayta yerləşdirməklə kifayətlənirlər. Media qurumu sayılan Milli Teleradio Yayım Şurasının (www. trc.gov.az) saytında isə ən sonuncu məlumat 2004-cü ilin dekabrın 7-də yerləşdirilib. Digər media qurumu Mətbuat Şurasının (www.mri.az) internet ünvanı yarandığı ilk günlər fəaliyyət göstərirdisə, indi o da digərlərindən "ibrət" götürüb.

SAYTLAR AÇILIB, AMMA…

40-a yaxın dövlət strukturu və 6 neft şirkətinin internet səhifəsinin monitorinqini aparan Multimedia İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz də dövlət qurumlarının saytlarının qənaətbəxş olmadığını deyir":: "Bu ilin mayından oktyabrınadək olan dövrü əhatə edən monitorinqin məqsədi dövlət strukturlarının sözügedən qanuna uyğun olaraq informasiya texnologiyalarından nə dərəcədə istifadə etdiklərini müəyyən etməkdir. Ümumiyyətlə, monitorinq apararkən bir sıra prinsiplər əsas götürülüb. Yəni internet səhifəsində onun mənsub olduğu qurum, təşkilatın strukturu, hüququ normativ bazası haqqında məlumat olmalıdır. Bura məsul şəxslər haqqında məlumatlar da daxil olmalıdır. Həmçinin səhifədə həmin qurumun fəaliyyəti ilə bağlı operativ məlumatlar da olmalıdır. Nəhayət, əsas prinsiplərdən biri də ictimaiyyətlə əlaqənin necə qurulmasıdır. Əslində bu monitorinqdə yüksək bal toplayan səhifələrdə də peşəkar tələblərə cavab verməyən məqamlara rast gəlmək mümkündür".

RUSİYADA İSƏ MÜSABİQƏ KEÇİRİB, QİYMƏT VERİRLƏR…

 Qeyd etmək lazımdır ki, qonşu Rusiyada dövlət qurumlarının elektronlaşması üzrə artıq iki ildir ki, proqram siyasəti həyata keçirilir. Bu məqsədlə ölkədə 2002-2003-cü illlərdə 4 sənəd qəbul edilib. Sözügedən proqrama əsasən, 2010-cu ilə kimi dövlət orqanlarında informasiya texnologiyalarının tətbiq edilməsi üçün konsepsiya da qəbul olunub. Proqramın yerinə yetirilməsi isə Rusiyanın İqtisadi İnkişaf Nazirliyinə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə tapşırılıb. Hər iki nazirlik bu saytların reytinqlərini müəyyənləşdirmək üçün dövlət qurumları arasında müsabiqə elan edib. Sonda isə müsabiqənin nəticələrinə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi qiymət verir. Dövlət orqanlarının elektronlaşması prosesini tezləşdirmək üçün Rusiyanın universitetləri ilə yanaşı, Hollandiyanın və Amerikanın bir neçə universitetləri də cəlb olunub. Beynəlxalq əməkdaşlıq nəticəsində Rusiyada elektronlaşma səviyyəsi 2003-cü ildə olduğundan daha yüksək yerlərə çatacağı gözlənilir. Hazırda isə Rusiya informasiya texnologiyaları üzrə BMT-nin reytinqində 196 yerdən 101-cini tutur.

VAHİD İNFORMASİYA RESURSLARI YARADILMALIDIR

Ölkəmizdə internet resurslarının yaradılması ilə bağlı elektron dövlət siyasəti proqramının həyata keçirildiyini deyən IREX-in hüquqşünası Ələsgər Məmmədli bildirdi ki, qanuna görə, informasiya sahibləri hesab olunan bütün dövlət qurumları ictimai informasiyaları özləri verməlidirlər. Metodlardan biri isə informasiyanı elektron poçt vasitəsilə yaymaqdır. Qanunun özündə keçid müddəaları var ki, burada dövlət qurumlarının bu qanun qüvvəyə minəndən sonra bir il ərzində məsələni həll etmələri göstərilib. Eləcə də, informasiyaya sahib olan bütün dövlət qurumları internet informasiya xidmətlərini yaratmalıdır. Dediyimiz bu müddətdən 11 ay keçir və göstərilən vaxtın bitməsinə az qalıb. Bu müddətdə onlar bunu həll etməsələr, konkret olaraq məsuliyyət daşımalıdırlar". Ə.Məmmədlinin fikrincə, dövlət qurumlarının, həm də bələdiyyələrin vahid informasiya resurslarının yaradılması üçün ayrıca proqram həyata keçirilməlidir. Xarici ölkələrdə elektron dövlət proqramları çərçivəsində vahid dövlət portalı yaradılır. Əgər diqqət etsək, bizdə bəzi dövlət orqanlarının saytı "gov.az", bəzisində "com" və s.dir. Belə olmamalı, vahid ad sisteminə keçilməlidir".

QANUNDA BOŞLUQLAR VAR

"Qanuna əməl etməyən qurumları nə gözləyir"- sualına gəldikdə isə ekspert qanunvericilikdə boşluqların olduğunu dilə gətirdi. "Məsuliyyət növlərini müəyyən edən qanunvericilik də müəyyən olunmalı idi. Təəssüf ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsində, Cinayət Məcəlləsində dəyişikliklər olmayıb. Ona görə də hazırda faktiki olaraq internet səhifəsi saxlamayan qurum qanunu pozur, amma qanunu pozduqda hansı məsuliyyəti daşıyacaq, o müəyyən olunmayıb. Nazirlər Kabineti bununla bağlı Prezident Aparatına layihə təqdim etməli idi. Amma hələlik belə bir layihə təqdim olunmayıb".

AZƏRBAYCAN İNTERNET EHTİYATLARININ DİL PROBLEMİ

Dövlət qurumlarının saytlırını izlədikdə onların Azərbaycan dilində açılmadığının şahidi olduq. Ekspertlər Azərbaycanda fəaliyyət göstərən saytların ana dilində açılmalı olduğunu bildirir. Onların fikrincə, bu cür fakt "Dövlət dili haqqında" qanuna və dövlət dili ilə bağlı aparılan siyasətə ziddir. Milli Məclisin Mədəniyyət məsələləri üzrə daimi komissiyasının sədri Nizami Cəfərov isə hesab edir ki, yalnız dünyaya çatdırılan xəbərlər xarici dildə olmalıdır. "Sözsüz ki, əgər bu saytlar Azərbaycan üçün fəaliyyət göstərirsə, bu ana dilində olmalıdır. Biz müasir texnologiyaya yeni qoşulduğumuza görə, hələ bir çox şeyləri tələb edə bilmərik". Nəticə etibarı ilə demək olar ki, dövlət qurumları internet ehtiyatlarının yaradılmasına və qanunun tələblərinə cavab verilməsinə biganə yanaşır. İqtisadi baxımdan ölkəmizin inkişaf etməsi onu deməyə əsas verir ki, Azərbaycanda da müasir texnologiyaların əldə olunmasına geniş imkanlar var. Amma bu biganə yanaşma tərzi ölkəmizi nə irəli apara biləcək, nə də dünya ölkələri sırasına qatılmasına imkan yaradacaq. Bunu deməyə isə gördüklərimiz və müşahidə etdiklərimiz əsas verir.

Yazı Media Hüququ İnstitutu və Almaniyanın Fridrix Ebert Fondunun elan etdiyi müsabiqəyə təqdim olunur

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV