Layihə : Vətəndaşların informasiya
azadlığının gerçəkləşməsinə dəstək
Təşkilat: "İnformasiya Azadlığının inkişafı" Koalisiyası
Aparıcı təşkilat : Multimedia İnformasiya Sistemləri
və Texnologiyaları Mərkzəi
Koalisiyanın üzvləri :
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosasiyası
"Sahil" İnformasiya Texnologiyalrı Mərkəzi
Layihənin səbəbi
Layihə ölkədə Vətəndaş Cəmiyyətinin inkişafı üçün ictimai informasiyaya əlçatımlığın təmin edilməsi sahəsində ictimai maraqların müdafiəsi üçün milli/regional kompaniyaların təşkilini nəzərdə tutur.
Apardığımız müşahidələr və monitorinqlər (www.informasiya.org ) onu deməyə əsas verir ki, vətəndaşların ictimai informasiyalara əlçatımlığının təmin edilməsi sahəsində müəyyən problemlər var. Kifayət qədər demokratik olan Informasiya əıldə edilməsi haqqında Qanunun reallaşması istiqamətində müəyyən problemlər mövcuddur.
Ən əsas problem, nəinki vətəndaşların, hətta ictimai informasiya subyektlərinin bu qanun haqqında, onun verdiyi imkanlar haqqında məlumatsız olmasındadır.
Fikrimizcə İnformasiya Azadlığının inkişafı üzrə Koalisiyanın formalaşdırılması bu sahədə xeyli fayda verə bilərdi.
Bələdiyyələrdə , bələdiyyə qulluqçuları arasında informasiya texnologiyalarından istifadə etməklə informasiya istehsalı prosesinin qurulması sahəsində ciddi problemlər var.
Bələdiyyələrdə olan nəhəng informasiya ehtiyatlarından səmərəli və effektiv istifadə mexanizmi yoxdur.
Müşahidələrimiz, tədqiqatlarımız və əldə etdiyimiz təcrübə göstərir ki, vətəndaş cəmiyyəti subyektlərinin məlumatlılığını artırmaqla, onların rolunu bu prosesdə gücləndirməklə, ictimai informasiya qurumlarının mövcud potensialını inkişaf etdirməklə, yeni tələblərə uyğun İnformasiya resursları yaratmaqla, informasiya açıqlığı sahəsində çalışan tərəfdaşların güclərini cəmləşdirməklə cəmiyyətin informasiya açıqlığına nail olmaq mümkündür.
2. Layihənin məqsədi, nəticələr və uğur göstəriciləri
– İctimai informasiya subyektlərinin informasiya açıqlığı üzərində Vətəndaş cəmiyyətinin nəzarətinin gücləndirilməsi.
– Dövlət orqanlarının İnternet resurslarının müntəzəm olaraq monitorinqinin aparılması.
– Bələdiyyə-vətəndaş, bələdiyyə-biznes qurumları arasında, bələdiyyələrin öz aralarında çevik və effektiv qarşılıqlı əlaqə mexanizmlərinin yaradılması
– . Bakı şəhəri və regionlar üzrə seçmə qaydada bir neçə Bələdiyyənin İnternet resursunun hazırlamaq.
– Vətəndaşlar tərəfindən ictimai informasiyanın əldə edilməsi prosesinin daha şəffaf və effektiv qurulması üçün qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində Təkliflər hazırlamaq.
– Ölkədə İnformasiya Azadlığının gerçəkləşməsinə ictimai nəzarəti təşkil və təmin etmək, ictimai informasiya subyektlərinə metodiki dəstək göstərmək, İnformasiya azarlığını inkişaf etdirmək üçün “İnformasiya Azadlığının inkişafı Koalisiyası” formalaşdırmaq.
Layihədən gözlənilən spesifik nəticələr.
Layihənin həyata keçirilməsi ictimai informasiyaya əlçatımlıq üçün, vətəndaşların informasiya hüququnun reallaşması üçün münbit şərait yaradılmasına köməklik göstərəcək.
İnformasiya sahəsi ilə əlaqəli informasiyaları özündə cəmləşdirən İnformasiya resursu formalaşacaq.
İctimai informasiya subyektlərinin internet resurslarının daimi monitorinqi və vaxtaşırı Reytinq Cədvəlinin açıqlanması onlar tərəfindən ictimai əhəmiyyətli informasiyanın açıqlanması üçün məsuliyyəti artıracaq.
Vətəndaş cəmiyyətinin qurulması üçün vacib olan dövlət, yerli özünüidarəetmə və ictimai sektorlar arasında əlaqələrin güclənməsinə müsbət təsir göstərəcək.
Layihənin həyata keçirilməsi ilə Bələdiyyə üzvləri elektron informasiyalarla işləmək vərdişlərinə də yiyələnirlər.
İnformasiya sahəsində çalışan ictimai subyektlərin səylərinin birləşdirilməsi yeni bir vətəndaş cəmiyyəti subyektinin- “İnformasiya Azadlığının inkişafı Koalisiyası” -nın formalaşmasına təkan verəcək.
Layihənin uğurlu olmasına təsir edən faktorlar.
– Multimedia Mərkəzi tərəfindən uğurlu geniş advokasi kompaniyaları həyata keçirilib. (Geniş məlumat www.cit.az , www.informasiya.org, www.avciya.org , www.sahil.az )
– Multimedia Mərkəzinin Informasiya sahəsi ilə əlaqəli əksər Qanun layihələrinin hazırlanması ilə bağlı MM-də və RİTN-də yaradılan İşçi Qrupunda iştirak etməsi.( www.cit.az )
– İnformasiya sahəsində çalışan qurumlarla uzunmüddətli birgə əməkdaşlıq
– Multimedia Mərkəzinin Informasiya sahəsi ilə əlaqəli ciddi informasiya resurslarına malik olması
(www.cit.az, www.informasiya.org, www.belediyye.org , www.tehsil.org , www.aif.az , )
– Bələdiyyələrdə informasiya münasibətlərinin daha effektiv qurulması istiqamətində Multimedia Mərkəzi tərəfindən(www.belediyye.org) və AVCİYA tərəfindən gerçəkləşdirilən Layihələr.
3. Layihənin icrası . Layihənin gerçəkləşdirilməsi üçün həyata keçiriləcək tədbirlər.
3.1 İctimai informasiyaların yayılması üzərində ictimai nəzarəti təşkil etmək.
Bu məqsədlə İctimai İnformasiya subyektlərinin internet resurslarının Monitorinqi həyata keçiriləcək. Monitorinqin yekunu olaraq dövlət orqanlarının İnternet Resursların Reytinq Cədvəli hazırlanacaq. Monitorinqlər xüsusi Metodologiya üzrə aparılacaq.
Monitorinqin yekunu əsasında hazırlanan Reytinq Cədvəli geniş ictimaiyyətə Təqdim ediləcək. Bütün informasiya ehtiyatları www.informasiya.org -da yerləşdiriləcək.
3.2 İctimai informasiyaların açıqlanması vəziyyətini ictimailəşdirmək, cəmiyyətin məlumatlandırılması kompaniyasını təşkil etmək.
Bakı şəhərində İki , Regionlarda (Lənkəranda və Bərdədə) Dəyirmi Masanın keçirilməsi nəzərdə tutulur.
3.3 Treninqlərin keçirilməsi
Vətəndaşların informasiya azadlığının gerçəkləşdirilməsi istiqamətində İnformasiya əldə edilməsi haqqında Qanunun izahı ilə bağlı Bələdiyyə üzvləri və Bələdiyyələrin informasiya məsələləri üzrə nümayəndələri üçün seminarlar təşkil etmək.
3.4 İctimai informasiyaların daha effektiv formada yayılmasının təşkili üçün seçmə qaydada Bələdiyyələrin ( Bakı şəhəri -2, Lənkəran-1, Bərdə-1) İnternet resursunun hazırlanması.
Seçmə qaydada 4 Bələdiyyənin Veb-resursunun hazırlanması və İnternetdə yerləşdirilməsi nəzərdə tutulub. Qeyd olunan Bələdiyyələrin informasiya ehtiyatları rəqəmsal formaya keçiriləcək Internet resurslarda yerləşdiriləcək. Resurslar üçün ünvan və hostinq alınacaq.
. Regionlarda yaradılan İnternet Resursların bu regionda keçirilən Dəyirmi Masa və ya Seminarlarda Təqdimatların da keçirilməsi nəzərdə tutulub.
Keçirilməsi nəzərdə tutulan Dəyirmi Masalarda Bakı şəhəri üzrə yaradılacaq İnternet Resurslar da Təqdim olunacaq.
3.5 Problemin qabardılması və ictimailəşdirilməsi üçün geniş İnformasiya kompaniyaları təşkil etmək.
Bu məqsədlə Multimedia Mərkəzinə məxsus www.informasiya.org Internet resursundan və KİV –in imkanlarından istifadə ediləcək.
3.6 İnformasiya azadlığı sahəsində çalışan tərəfdaşların iştirakı ilə İnformasiya Azadlığının inkişafı Koalisiyasını formalaşdırmaq və inkişaf etdirmək
4. Əhatə olunan əhali dairəsi
– Ərazi cəhətdən Layihə Bakı şəhərində, Lənkəran və Bərdə regionunda gerçəkləşdiriləcək
Layihə COUNTERPART İnternational tərəfindən
dəstəklənib