Friday 26th April 2024,

2015

Ξ Leave a comment

Konstitusiya Məhkəməsinin www.constcourt.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

posted by informadmin
Konstitusiya Məhkəməsinin www.constcourt.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin www.constcourt.gov.az ünvanlı İnternet saytı, monitorinqdə də qeyd etdiyimiz kimi müəyyən bilgi verir. Saytın texniki imkanları və funksionallığı öz yerindədir. Bəzi bölmələr istisna olmaqla sayt demək olar ki, bir çox bölmələr üzrə dolğunluğu ilə fərqlənir. Onlayn imkanının, vətəndaşların qəbulu ilə bağlı prosedurların izahı, həmçinin dövlət qurumunun ünvanı, qurumun strukturu, aparat, e-poçt ünvanları, daxili əmr və qərarlar, qurumun daxili norma yaratma fəaliyyəti  barədə geniş məlumatlar təqdim olunur. Amma qurumun qaynar xətti, abunə imkanları, qurumun marşrut sxemi və ictimai nəqliyyat növü, büdcəsi, tender elanları, boş iş yerlərinin  elanları, işə qəbul qaydaları, sosial şəbəkələrdə səhifəsinin dolğunluğu yoxdur.

Beləliklə, bu resursun təkmilləşdirilməsi üçün bəzi tövsiyələrimizi təqdim edirik:

1. Qurum haqqında təqdim edilmiş bilgilər yetərli səviyyədədir.  Buna görə də əlavə tövsiyə verilməsinə ehtiyac duyulmur.

2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün bütün imkanların təqdim edildiyini, yəni, telefon, faks, onlayn müraciət, e-poçtların olduğunu qeyd etməklə yanaşı, quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə heç bir bilginin verilməməsi də diqqətdən qaçmır. Bu sahənin dolğunlaşdırılması tövsiyə olunur.

3. Qurumun strukturu barədə də bütün bilgilər saytda əks etdirildiyindən bu bölmə üzrə də tövsiyəyə ehtiyac duyulmur.

4. Rəhbər işçilər, onlarla əks əlaqələr, rəhbərin və müavinlərinin bioqrafiyaları, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları əks etdirilmişdir. Bunu nəzərə alaraq bu sahədə əlavə tövsiyə verilmir.

5. Qurumun cari fəaliyyəti haqqında verilmiş bilgilər sırasına qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla), qurumun həyata keçirdiyi proqram və layihələr barədə də məlumatlar qismən təqdim olunduğuna görə, bu sahə üzrə də tövsiyə yoxdur.

6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə məlumat təqdim olunmamışdır. Amma qurumun dövlət büdcəsi, büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiyaların da saytda yer alması tövsiyə olunur.

7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında çatışmayan məlumatlar demək olar ki, yoxdur. Bu üzdən də əlavə tövsiyəyə ehtiyac duyulmur.

8. Dövlət qurumu və onun strukturu barədə (qurumun sturuktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar, boş iş yerləri haqqında elanlar) informasiyalara rast gəlinmir. Bu üzdən də tövsiyə edilir ki, bu sahə dolğun təqdim edilsin.

9. Qurumun sahə işçilərinin əmək haqları barədə bilgilərin əks etdirilməsi tövsiyələr sırasındadır.

10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə ümumi bilgi, dövlət qulluqçusunun etik qaydaları haqqında məlumatlar da təqdim olunan bilgilər sırasındadır. Bu baxımdan tövsiyəyə ehtiyac duyulmur.

11. Tender və yarışmaların keçirilmə qaydaları, tenderlərin keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri, elanların arxivi haqqında məlumatların təqdim edilməsi tövsiyə olunur.

12. Qurumun norma- (qanun) yaratma fəaliyyəti haqda da gərəkli bilgilər əks etdirildiyindən əlavə tövsiyəyə lüzum görülmür.

13. Saytın texniki imkanları sırasında qaynar xətt və abunə imkanının yaradılması, həmçinin sosial şəbəkələrdə səhifələrinin dolğunlaşdırılması tövsiyələr sırasındadır.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV