Friday 26th April 2024,

2016

Ξ Leave a comment

Ağdam Rayon İcra Hakimiyyəti www.ağdam-ih.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

posted by informadmin
Ağdam Rayon İcra Hakimiyyəti www.ağdam-ih.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

Azərbaycan Respublikası Ağdam Rayon İcra Hakimiyyəti  www.ağdam-ih.gov.az domen adlı İnternet saytını informasiya baxımından elə də kasıb hesab etmək olmaz. Amma  çatışmazlıqlar da var. Bu çatışmazlıqların aradan qaldırılmasına kömək məqsədilə  tövsiyələrimizi diqqətə çatdırırıq.

1.    Tövsiyə olunur ki, saytda qurumun özü haqqında, ona daha öncə başçılıq etmiş şəxslər haqqında, qurumunun fəaliyyətini təmin edən qanunverici baza haqqında, qurumun səlahiyyət çərçivələri haqqında informasiya təqdim edilsin.

2.   Yaxşı olardı ki,  ziyarətçilərin əks əlaqəsini asanlaşdırmaq üçün qurumun yerləşdiyi ünvan sxem şəklində göstərilərdi və quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında da bilgilər təqdim edilərdi.

3.  Gərəkli olan İcra Hakimiyyətinin strukturu haqqında sxem və müavinlər haqqında məlumatlar, struktur bölmələrinin dəqiq (tam) ünvanları,  struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeliyindəki informasiya sistemləri haqqında məlumatların da təqdim edilməsi tövsiyə olunur.

4.   Yaxşı olardı ki, qurumun  rəhbəri, rəhbər işçiləri və onlarla əks əlaqələr baxımından  bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilərin təqdim edilərdi. Qurumun rəhbəri və ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları haqqında təqdim edilmiş qısaca bilgilərin isə dolğunlaşdırılması tövsiyə olunur. Rəhbər, rəhbər işçilər və onlarla əks əlaqələrin də saytda yerləşdirilməsi də yaxşı olardı.

5.  Cari informasiyalar daim yenilənir. Amma tövsiyə olunur ki, qurumdaxili əmr və qərarların, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla) və dövlət qurumunun həyata keçirdiyi proqram və layihələr barədə də  bilgilər təqdim edilsin.

6.   Büdcə ilə bağlı məsələlər haqqında saytda bilgilərin verilməsi tövsiyyə olunur.

7.   Qurumun təklif etməli olduğu mütləq və əlavə xidmətlər  haqqında bilgilərin verilməsi tövsiyyə olunur.

8.    Məsləhət görülür ki, boş iş yerləri və işə qəbulla bağlı bilgilər də saytda öz əksini tapsın.

9.    Rəhbər, onun müavinlərinin və struktur bölmələri rəhbər işçilərinin əmək haqlarının da təqdim edilməsi tövsiyyə olunur.

10.   Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında həm vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları, həm də  qurumda vətəndaşların qəbul qaydaları haqqında bilgilərin təqdim edilməsi tövsiyə olunur.

11.   Tender və yarışmalar haqqında bilgilərin təqdim edilməsi tövsiyyələr sırasındadır.

12.   Saytın texniki imkanlarının yaxşılaşdırılması və abunə imkanının da daxil edilməsi tövsiyyə olunur.

 

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV