Friday 26th April 2024,

2007_2008

Ξ Leave a comment

Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinə məxsus www.mns.gov.az ünvanındakı İnternet resursunun monitoringi

posted by

Milli Təhlükəsizlik Nazirliyi (MTN) ölkənin ən vacib dövlət qurumlarından biri kimi həm daxildən, həm də xaricdən ciddi diqqət cəlb edən bir icra organıdır. Və təbiidir ki, bu qurumun İnternet resursu həmin diqqəti təmin edəcək əsas əlaqə vasitələrindən biri, bir çox hallarda isə birincisidir. Qurumun www.mns.gov.az domen ünvanında yerləşən İnternet resursu ilk baxışdan özünün dolğunluğu ilə diqqəti cəlb etsə də əslində bir çox çatışmazlıqlar da qalmaqdadır. Bu çatışmazlıqlar barədə danışmazdan öncə istərdik ki, saytın özünə diqqət yetirək.

MTN-in saytı ana səhifə ilə açılır. Bir sıra saytlardan fərqli olaraq sadəliyi və praktikliyi ilə diqqəti cəlb edir. Saytın lap yuxarı sol tərəfində Az, Eng, Ru keçidləri, onlardan aşağıda isə dövlət bayrağımız və nazirliyin embleminin şəkilləri yerləşdirilib. Onlardan sol tərəfdəki sütunda “ictimai əlaqələr” mərkəzinin (əslində “ictimaiyyətlə əlaqələr” olmalıdır) son xəbərləri yer alıb.

Sonuncu xəbər 17 dekabr 2007-ci ilə aiddir. Bu sütundan sağ tərəfdə və yuxarıda qeyd olunan şəkillərin altında isə əsas sütunda ana menyu, ondan sağda nazirlik haqqında ilkin qısa bilgi verilib. Bütün bunlardan aşağıda sol tərəfdə axtarış qutusu (işləmir), “Daha ətraflı” başlıqlı “Fotoalbom” və “Faydalı resurslar” səhifələrinə keçid verilib. Sağ tərəfdə isə “Mövzular” başlığı altında fərqli rəsmi mövqelər yer alıb. Saytın dabanında “© 2005 Milli Təhlükəsizlik Nazirliyi. MEQA şirkətinin istehsalı” sözləri yer alıb. Ana səhifədə hər hansı əks əlaqə imkanı haqqında danışmaq olmaz. Yalnız ana menyudakı “Bizimlə əlaqə” keçidini nəzərə almasaq.

Beləliklə, ana menyu:

Baş səhifə: yəni yuxarıda haqqında bəhs etdiyimiz ana səhifə;
MTN haqqında: Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri (biografiya), nazirliyin qarşısında duran vəzifələr (“Milli Təhlükəsizlik Nazirliyinin Əsasnaməsi”-ndən çıxarış), milli qəhrəmanlar (cəmi altı nəfər haqqında qısa bilgi), tibbi xidmət;
Tarix: Azərbaycan təhlükəsizlik organlarının tarixi, Azərbaycan xüsusi xidmət organlarının rəhbərləri (1918-ci ildən günümüzə qədər), arxiv sənədləri (cəmi on beş sənəd);
Qanunvericilik: sahəyə aid normativ-hüquqi aktlar;
Erməni təcavüzü: tarixi aspekt, hüquqi aspektlər (sənədi yüklə – ?), münaqişənin nəticələri (sənədi yüklə – ?), Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın qanunsuz fəaliyyəti, əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar statistika (qısa statistika və Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komisiyasının rəsmi İnternet saytına keçid), xəritə (sadəcə xəritə, izaha ehtiyacı var);
Terrorizmlə mübarizə: beynəlxalq təşkilatlar və Azərbaycan (BMT və Azərbaycan, Avropa Şurası və Azərbaycan), erməni terrorizmi;
Mütəşəkkil cinayətkarlıqla mübarizə: iqtisadi təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə, enerji təhlükəsizliyi (olduqca qısa bilgi), narkotik vasitələrin qanunsuz dövriyyəsi və qaçaqmalçılığa qarşı mübarizə (olduqca qısa bilgi), qeyri-leqal miqrasiya və insan ticarətinə qarşı mübarizə (olduqca qısa bilgi), kibercinayətkarlığa qarşı mübarizə (olduqca qısa bilgi), qanunsuz silah-sursat ticarətinə qarşı mübarizə (olduqca qısa bilgi);
İctimaiyyətlə əlaqələr: ictimai əlaqələr mərkəzinin məlumatları;
MTN-in muzeyi: I. Azərbaycan Demokratik Respublikası dövründə xüsusi xidmət organları (1919-1920), II. Azərbaycan Sovet Sosialist Respublikası dövründə xüsusi xidmət organları (1920-1991), III. Azərbaycan Respublikasının xüsusi xidmət organları (1991-ci ildən);
MTN-in Heydər Əliyev adına Akademiyası: ümumi məlumat, fakültələr, qəbul qaydaları;
Kitabxana: nəşrlər, müsahibələr, məqalələr, məktublar (tərif məktubları);
Bizimlə əlaqə: ictimai əlaqələr mərkəzi (ünvan, telefon və cpr@mns.gov.az e-poçt ünvanı), MTN-in Akademiyası (ünvan və telefon), MTN-in Arxivi (ünvan və telefon), MTN-in muzeyi (ünvan və telefon), saytla bağlı təkliflər (proposal@mns.gov.az e-poçt ünvanı).

Yekunda bir daha vurğulamaq istərdik ki, bu qurumun ciddi ictimai əhəmiyyət kəsb etdiyini nəzərə alaraq onun fəaliyyətinin tamamilə yenidən qurulması daha məqsədəuyğun olardı

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV