Wednesday 19th December 2018,

2007_2008

Ξ Leave a comment

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinə məxsus www.azstat.org ünvanındakı İnternet resursunun monitoringi

posted by

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi ölkənin bütün sahələri ilə bağlı ən son statistik bilgilərin əldə edilməsi baxımından ən vacib qurumdur desək yanılmarıq. Yəni istənilən İnternet istifadəçisi, məntiqlə düşünsək, bu saytı ziyarət edib Azərbaycan haqqında istənilən statistik bilgini almaq istəməkdə haqlıdır. Ancaq aparılan monitoring zamanı aydın oldu ki, quruma məxsus www.azstat.org domen ünvanlı sayt xeyli zəngin olsa da istifadəçilərin informasiya tələbatını tam olaraq gerçəkləşdirə biləcək səviyyədə deyil

Sayt giriş səhifəsi ilə açılır. Burada Az və Eng olmaqla iki dildən birini seçib ana səhifəyə keçid etmək olar. Eng variantı hələ Az variantı qədər təkmil deyil və demək olar ki, yarımçıq sayıla bilər.

Az variantının ana səhifəsi dövlətimizin gerbi, onun qarşısında “Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi” sözləri yazılan yuxarı üfqi zolaqla başlayır. Bunun alt hissəsində sağ tərəfdə Eng keçidi, onun altında isə hər yeni səhifədə təkrarlanmaq şərtilə birinci səhifə və əlaqə (e-poçt və yer ünvanı, telefon və faks nömrələri) keçidləri verilib. Daha sonra isə sol tərəfdə əsas menyu, sağ tərəfdə isə xəbərlər və mətbu məlumat bölmələri yer alıb. Xəbərlərdə sadəcə arxivə keçid (arxivdə ən son xəbər 30 oktyabr 2007-ci il tarixlidir), mətbu məlumatda isə ən son bilgilər və arxivə keçid var.

Saytın dabanında “© Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ” sözləri yerləşdirilib.

Beləliklə, əsas menyuda yer alan keçidlər və onların tərkibi:

Dövlət Statistika Komitəsi haqqında: “Statistika haqqında” Azərbaycan Respublikasının qanunu (tam mətni), “Dövlət Statistika Komitəsi haqqında” əsasnamə (tam mətni), təskilatın strukturu (sadəcə vəzifələrin adlarını əks etdirən şəcərə), kadr siyasəti (“Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin kadr siyasəti” konsepsiyası, Dövlət Statistika Komitəsi sistemində inzibati və yardımçı vəzifələrdə işləməli olan ixtisasların siyahısı, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi sistemində dövlət qulluğuna qəbul qaydalarına dair izahat, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsində çalışan dövlət qulluqçularının davranış qaydaları, Dövlət Statistika Komitəsi sistemində mövcud olan boş iş yerləri), inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı, statistik işlərin dövlət programı, statistikanın tarixi, Azərbaycan Dövlət Statistika Komitəsinin kitabxanası (katalog üzrə axtarış imkanı);

Statistik nəşrlərin kataloqu (komitə tərəfindən nəşr olunan toplu, kitab və s. adı və qiymətləri): Azərbaycan rəqəmlərdə (ümumi bilgi, milli sərvət, təbii ehtiyatlar, əhali və s.), Azərbaycanın regionları (Naxçıvan iqtisadi rayonu, Bakı şəhəri, Abşeron iqtisadi rayonu, Gəncə-Qazax iqtisadi rayonu, Şəki-Zaqatala iqtisadi rayonu, Lənkəran iqtisadi rayonu, Quba-Xaçmaz iqtisadi rayonu, Aran iqtisadi rayonu, Yuxarı Qarabağ iqtisadi rayonu, Kəlbəcər-Laçın iqtisadi rayonu, Dağlıq Şirvan iqtisadi rayonu və Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı programının (2004-2008-ci illər) təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanı, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət programı (2004-2008-ci illər), Azərbaycan Respublikasının iqtisadi rayonlarının ümumi xarakteristikası, əsas sosial-iqtisadi göstəricilər, 2006-cı ildə iqtisadi rayonların əsas sosial-iqtisadi göstəriciləri, 2006-cı ildə Azərbaycan Respublikası üzrə açılmış yeni iş yerləri), Azərbaycanın makroiqtisadi göstəriciləri (makroiqtisadi göstəricilər və arxivə keçid), yeni iş yerləri (yeni iş yerlərinin yaradılması haqqında (1 oktyabr 2003 – 1 oktyabr 2007) qısa bilgi, Azərbaycan Respublikası üzrə 1 oktyabr 2003-cü ildən 1 oktyabr 2007-ci ilədək yeni açılmış iş yerləri haqqında məlumat, yeni açılmış iş yerlərinin iqtisadi rayonlar üzrə ümumi sayı, yeni açılmış iş yerlərinin mülkiyyət növlərinə görə bölgüsü, yeni açılmış iş yerlərinin iqtisadi fəaliyyət növlərinə görə bölgüsü), ərzaq təhlükəsizliyi üzrə informasiya sistemi (statistik nəşrlərin kataloqu);

MYXS – Məlumatların yayılmasının xüsusi standartı: məlumatların buraxılış tarixinin planı, metodologiya, BVF-nun məlumatların yayılmasının xüsusi standartına uyğun olan nəşrlər;

Statistik informasiyaların məlumat bazası: demografik göstəricilər, əmək ehtiyatları və əhalinin məşğulluğu, ev təsərrüfatlarının büdcəsi, təhsil, elm və mədəniyyət, ətraf mühitin mühafizəsi, sağlamlığın mühafizəsi, sosial təminat, cinayətkarlıq və hüquqpozmalar, ticarət, xidmət və turizm, milli hesablar sistemi və tədiyə balansı, qiymət statistikası, yanacaq-enerji və materiallar balansı, sənaye, kənd, meşə və balıqçılıq təsərrüfatı, tikinti, nəqliyyat, rabitə, informasiya və kommunikasiya texnologiyaları, xarici iqtisadi fəaliyyət, beynəlxalq müqayisələr;

Təsnifatlar: metodologiya (makroiqtisadi göstəricilər və milli hesablar sistemi, maliyyə statistikası, qiymət statistikası, demografiya və sosial statistika (əhali statistikası, səhiyyə statistikası, təhsil statistikası, mədəniyyət və incəsənət statistikası, elm statistikası, hüquq pozuntuları statistikası, ekologiya statistikası), əhalinin həyat səviyyəsi statistikası, əmək statistikası, sənaye, nəqliyyat və rabitə statistikası (sənaye statistikası, nəqliyyat statistikası, rabitə statistikası, iqtisadiyyatda institusional dəyişikliklər, material ehtiyatları statistikası), kənd təsərrüfatı statistikası, əsaslı tikinti statistikası, ticarət və xidmət statistikası), statistik hesabatların formaları (yükləmələr – program təminatı və formalar: maliyyə statistikası, əsaslı tikinti statistikası, demografiya və sosial statistika (demografiya statistikası, səhiyyə statistikası, humanitar və hüquqpozmalar statistikası, sosial statistika, ətraf mühitin mühafizəsi statistikası), yanacaq-enerji və material balansları statistikası, əmək statistikası, sənaye, nəqliyyat və rabitə statistikası (sənaye statistikası, nəqliyyat statistikası, rabitə statistikası), kənd təsərrüfatı statistikası, ticarət və xidmət statistikası, yeni açılmış iş yerləri, rayonların pasportu).

Beləliklə, DSK-nin saytında “İnformasiya əldə etmək haqqında” qanunda nəzərdə tutulan 33 adda informasiyadan 15-i yer alıb.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

    arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

    ARXİV