Thursday 19th July 2018,

2016

Ξ Leave a comment

İsmayıllı Rayon İcra Hakimiyyəti www.ismayilli-ih.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by informadmin
İsmayıllı Rayon İcra Hakimiyyəti www.ismayilli-ih.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

Azərbaycan Respublikası İsmayıllı Rayon İcra Hakimiyyəti  www.ismayilli-ih.gov.az İnternet resursundan rayon haqqında ətraflı və dolğun məlumat almaq mümkündür. Saytın görünüşü normal, istifadəsi də rahatdır. Xəbərlər bölməsini qənaətbəxş hesab etmək olar, informasiyaların daim yenilənməsi diqqət çəkir. Rayonun əhalisi və tarixi haqqında az məlumat verilsə də, iqtisadiyyatı, təhsili, mədəniyyəti, səhiyyəsi və idmanı haqda məlumatlar genişdir. Hətta başqa saytlarda rast gəlmədiyimiz “Kənd təsərrüfatı” bölməsi var ki, burdan kifayət qədər informasiya almaq mümkündür. Saytda olan “Büdcə” altbölməsi keçən ilə nisbətən bu il işləkdir və xeyli informasiyalılıdır. Elan bölməsi də bu il işlək. Təəssüf ki, saytın sosial şəbəkələrə çıxışı yoxdur.

Beləliklə, İsmayıllı Rayon İcra Hakimiyyəti saytinın ümumi mənzərəsi aşağıdakı kimidir:

1.  Rayonun iqtisadiyyatı, təhsili, səhiyyəsi, mədəniyyəti, idmanı haqqındakı bilgilər kifayət qədərdir, qurum, qurumun rəhbəri haqqında verilmiş  məlumatlar qənaətbəxş olsa da, tarixi, əhalisi haqdakı bilgilər çox azdır. Qurumun tarixi, quruma daha öncə başçılıq etmiş şəxslər barədə məlumat, qurumunun fəaliyyətini təmin edən qanunverici baza, qurumun səlahiyyət çərçivələri barədə də heç bir məlumat verilmir.

2.  Əhalinin qəbulu üçün qurumun ünvanı, telefon və faks nömrəsi, e-poçt ünvanı verilr, hətta birbaşa əhalini qəbul edəcək rəhbər işçilərin telefon nömrələri (həm sabit, həm də mobil) saytda öz əksini tapıb. Quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında məlumatlara isə rast gəlinmir. Amma 164- “Qaynar xətt”in olması qurumla əlaqəni asanlaşdırır.

3.  Qurumun strukturu haqqında sxem və müavinlər haqqında mə­lumatlar, onların bəzilərinin əlaqə nömrələri saytda var. Şura bölməsindəki bilgilər isə çox azdır.  Struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeli­yindəki informasiya sistemləri haqqında da məlumatlar saytda öz əksini tapmır.

4.  Qurumun rəhbəri və ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları haqqında bilgilər təqdim edilir. Lakin bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər yoxdur.

5.  Cari informasiyalar baxımından saytı kifayət qədər zəngin hesab etmək olar. Qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla) və dövlət qurumunun həyata keçirdiyi proqram və layihələr barədə isə heç bir bilgi təqdim edilmir.

6.   Saytda Büdcə bölməsi var və buradan qurumun büdcəsi, büdcənin  icrası haqqında,  büdcədənkənar daxil­olmalar və onların istiqamətləri barədə informasiyalar almaq mümkündür.

7.  Qurumun təklif etməli olduğu mütləq və əlavə xidmətlər  haqqında heç bir bilgi yoxdur. Burada yalnız onlayn müraciət imkanı təqdim edilir.

8.   Elan bölməsinin olmasına baxmayaraq boş iş yerləri və işə qəbulla bağlı (qurum və onun struktur böl­mələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları,  işə qəbulla bağlı komissiyalar haqqında, qurum  və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və elanların arxivi) məlumatlar da təqdim edilməyən bilgilər sırasındadır.

9.   Qurumun işçilərinin əmək haqları ilə bağlı heç bir məlumat verilmir.

10.  Vətəndaşların qəbulu ilə bağlı rəhbər və ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları və əlaqə nömrələri (sabit və mobil telefon) barədə bilgilər var. Burada həm də  vəzifəli şəxslər  tərəfindən vətəndaşların qəbul norma və qaydaları, qurumda vətəndaşların qəbul qaydaları haqqında da bilgilər təqdim edilir.

11.  Tender və yarışmalar haqqında hər hansı bilgiyə rast gəlinmir.

12.  Saytın texniki imkanları normal səviyyədədir. Onlayn müraciət forması təqdim olunsa da,  abunə imkanı yoxdur.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

    arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

    ARXİV