Tuesday 19th March 2024,

2009

Ξ Leave a comment

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin www.azstat.org domen adlı İnternet saytının monitorinqinin nəticələri /İCMAL/

posted by

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin www.azstat.org domen ünvanlı İnternet resursu hər şeydən əvvəl özünün .gov.az zonasında olmamaqla diqqəti çəkir. Yəni belə bir vacib dövlət strukturunun hələ də nə üçün .gov.az zonasına keçmədiyi qəribə görünür. Digər tərəfdən, sayt qurumun ortaya çıxardığı nəticə-məhsulla zəngin olsa da orada komitənin özü haqqında bilgilərin xəsisliklə təqdim edilməsi başa düşülən deyil. Ən təəccüblü və qəribəsi isə odur ki, qurumun rəhbərinin adını saytda tapmaq elə də asan iş deyil. Beləliklə, Dövlət Statistika Komitəsinin İnternet resursunda gördüklərimiz aşağıdakı kimidir:

1. Qurumun özü haqqında bilgilər bölməsi üzrə komitəyə hazırda başçılıq edən və daha əvvəl başçılıq etmiş şəxslər barədə heç bir bilgi yoxdur.

2. Ayrı-ayrı xidmət və altbölümlərin telefon və faks nömrələri verilmir.

3. Qurumun ünvanının marşrut və sxemi, həmçinin şəhərin başqa-başqa istiqamətlərindən bura gəlmək üçün ictimai nəqliyyat vasitələri barədə bilgi yoxdur.

4. Qurumun strukturunun ümumi sxemi məqbul şəkildə təqdim edilir. Ancaq onun açması barədə heç nə deyilmir.

5. Rəhbər və rəhbər işçilərin nəinki biografiyaları, heç adları barədə belə bilgi verilmir.

6. Rəhbər işçilərlə ayrıca əks əlaqə imkanları da gözə dəymir.

7. Qurumun cari fəaliyyəti barədə bilgiləri yetərli hesab etmək olsa da qurumdaxili əmr və sərəncamlar haqqında bunu demək olmaz.

8. Ümumi dövlət büdcəsi və onun quruma aid hissəsi haqqında bir kəlmə olsun informasiya yoxdur.

9. İşə qəbul qaydaları barədə bilgilər yetərli səviyyədədir. Bununla belə qəbulu həyata keçirəcək mümkün komissiyalar barədə, həmçinin qurum daxilində ixtisasdəyişmə imkanları, işə qəbulla bağlı mübahisələrin həlli yolları haqqında bilgi yoxdur.

10. Qurumun təklif etdiyi xidmətlər bölməsində tamamlama işlərinə ehtiyac var.

11. Sahə işçilərinin əmək haqları barədə heç bir bilgi yoxdur.

12. Vətəndaşların qəbul qaydaları və qəbul günləri ilə bağlı da heç bir bilgi yoxdur.

13. Tender və müsabiqələrin keçirilmə qaydaları və bu haqda elanlar yoxdur.

14. Qurumun norma- (qanun)yaratma fəaliyyəti ilə bağlı da heç bir bilgi verilmir.

15. Saytın texniki imkanları elə də yüksək, hətta demək olar ki, minimal tələblərə cavab verəcək səviyyədə deyil.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV