Bərdə şəhər bələdiyyəsin www.berde.belediyye.az domen adlı internet saytına daxil olduqda kifayət qədər çatışmazlıqlarla rastlaşdıq. Saytda qrumun fəaliyyəti şəffaf şəkildə əks olunmur. Qarşılaşdığımız çatışmazlığı diqqətinizə çatdırırıq:
1. Saytda 2006-cı ilə dək Bərdə şəhər bələdiyyəsinə rəhbərlik etmiş şəxslər haqqında heç bir məlumat yoxdur.
2. Əlaqə vasitələri ümumidir. Ayrı-ayrılıqda səlahiyyətli şəxslərlə əlaqə saxlamaq üçün vasitələr mövcud deyil.
3. Bələdiyyə komisiyalarının səlahiyyətləri haqqında da məlumatlar saytda öz əksini tapmayıb.
4. Bələdiyyənin əmr, qərar və sərəncamlarına da saytda rast gəlmək mümkün deyil.
5. Qrumun büdcəsi haqqında da bilgilər yoxdur.
6. İllik hesabatlar, bələdiyyənin fəaliyyəti barədə də informasiya çatışmamazlığı var.
7. Digər bələdiyyələrin saytlarında olduği kimi bu saytda da təklif olunan xidmətlər haqqında məlumatlar yoxdur.
8. Işçilərinin əmək haqları və onların formalaşması yolları ilə bağlı məlumatlara da rast gəlinmir.
9. Vətəndaşların qəbul qaydaları ilə bağlı da informasiya yoxdur.
10. Saytda informasiya qıtlığı vardır. Bölmələrin bəzilərində ümumiyyətlə məlumatlara rast gəlmək mümkün deyil.
11. Saytda xəbərlər bölməsi də demək olar ki yenilənmir.