Sunday 17th November 2019,

2012

Ξ Leave a comment

Azərbaycan Respublikası Ağsu Rayon İcra Hakimiyyəti www.agsu-ih.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by

Azərbaycan Respublikası Ağsu Rayon İcra Hakimiyyəti  www.agsu-ih.gov.az domen adlı İnternet resursu həm görünüş baxımından həm də, informasiya dolğunluğu baxımından müsbət təsir bağışlayır. Həmçinin saytın funksionallığının da normal olduğunu demək mümkündür. En əsası isə saytda şəffaflıq baxımından gərəkli olan  ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında bilgilər təqdim edilir. Təbi ki, bunlarla yanaşı çatışmayan məlumatlar da var. Aşağıda saytın tərkibində müşahidə etdiklərimizi bölmələr üzrə təqdim edirik.

1.    Rayon haqqında ətraflı bilgilər (tarixi, mədəniyyəti, coğrafi mövqeyi və s) saytda öz əksini tapmışdır. Qurum haqqında isə icra hakimiyyətinin əsasnaməsi və qurumun başçısının tərcümeyi-halı qısa da olsa təqdim edilir. Lakin quruma bu günədək başçılıq etmiş şəxslər barədə isə heç bir bilgi təqdim olunmur.

2.    Ziyarətçilərin əks əlaqəsi üçün qurumun ünvanı, telefon və faks nömrələri, e-poçt ünvanları verilir. Lakin quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında bilgilər təqdim edilmir.

3.    Qurumun strukturu haqqında sözlü bilgilər təqdim edilsə də sturukturun sxemi haqqında heç bir bilgi təqdim olunmur.  

4.    Rəhbər və rəhbər işçilər haqqında bilgilər sırasında yalnız qurumun başçısı haqqında qısa bilgi təqdim olunur. Digər hərbər işçilər haqqında və onlarla əks əlaqə imkanları haqqında isə təəssüf ki, heç bir bilgi verilmir.

5.    Cari informasiyalar baxımından isə sayt çox geri qalır. Təqdim edilən en son bilgi isə 22 dekabr 2011-ci ilə aiddir.

6.    Sevindirici haldır ki, ümumi dövlət büdcəsinin icra hakimiyyətinə aid hissəsi və onun icrası haqqında ümumi bilgilər saytda əks etdirilir.  

7.    Qurum tərəfindən təklif edilən xidmətlər haqqında heç bir bilgi yoxdur.

8.    Boş iş yerləri və işə qəbulla bağlı bilgilər barədə də eyni sözləri demək mümkündür.

9.    Təqdim edilməyən daha bir məlumat qurumun işçilərinin əmək haqları barədədir.

10.    Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə bilgilər əks etdirilir.     

11.    Təəssüf ki, tender və yarışmalar haqqında hər hansı bilgi verilmir.

12.    Saytın texniki imkanları normal sayılacaq səviyyədədir. Lakin onlayn müraciət forması təqdim edilsə də abunə imkanı təqdim edilmir.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

    arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

    ARXİV