Friday 26th April 2024,

2012

Ξ Leave a comment

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin www.justice.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkminləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

posted by

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin www.justice.gov.az ünvanlı İnternet saytı, icmaldan da göründüyü kimi, bir çox bölmələr üzrə bilgilər açısından yetərincə yüksək səviyyədə tərtib edilib. Özəlliklə də e-xidmətlər və sahəyə aid gərəkli bilgilərin zənginliyi diqqəti çəkir. Daha bir diqqətçəkən məqam isə saytdan istifadə rahatlığıdır. Ümumi mənzərə bundan ibarətdir ki, bu sayt bəzi bilgilərin çatışmazlığına baxmayaraq yaxşı durumdadır. Ancaq bu heç də o demək deyil ki, sayt tam olaraq tələbata uyğun şəkildə tərtib edilib. Yəni saytın təkmilləşdirilməsinə hələ də gərək var. Ona görə aşağıda bu yöndə bəzi tövsiyələrimizi təqdim edirik:

1.    Qurum ilə bağlı informasiyalar tam və dolğun olduğundan əlavə tövsiyəyə ehtiyac duyulmur.  

2.    Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün təqdim edilən imkanlar sırasına qurumun ünvanının marşrut və sxeminin, həmçinin ora gedən ictimai nəqliyyat barədə bilgilərin də əlavə edilməsi tövsiyə olunur.

3.    Qurumun strukturu haqqında bilgilər də tam olduğu üçün əlavə tövsiyəyə ehtiyac yoxdur.

4.    Rəhbər və rəhbər işçilər və onlarla əks əlaqə haqqında təqdim olunmuş bilgilərin tərkibinə  struktur bölmələri rəhbərlərinin bioqrafiyalarının da əlavə edilməsi yaxşı olardı.

5.    Qurumun cari fəaliyyəti haqqında informasiyalara isə qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri və qurumun həyata keçirdiyi proqram və layihələr barədə bilgilərin daxil edilməsi gərəklidir.

6.    Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə bilgilər isə təqdim olunması gərəkli olan informasiyalardandır.

7.    Dövlət qurumu tərəfindən təklif edilən xidmətlər haqqında informasiyalar da tam sayıla biləcək həddədir və əlavə heç bir tövsiyəyə gərək yoxdur.

8.    İşə qəbul qaydaları və boş iş yerləri haqqında bilgilər sırasına isə işə qəbulla bağlı komissiyalar haqqında bilgilərin təqdim edilməsi yaxşı olardı.

9.    Yaxşı olardı ki, sahə işçilərinin əmək haqları barədə bilgilər əks etdirilsin.

10.    Həmçinin yaxşı olardı ki, vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında  təqdim edilmiş bilgilər sırasına dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilər də əlavə olunsun.  

11.    Tender və yarışmaların keçirilməsi ilə bağlı bilgilər təqdim edilməsi vacib olan bilgilərdəndir.

12.    Dövlət qurumunun norma- (qanun)yaratma fəaliyyəti haqqında bilgilərin saytda yer alması faydalı olardı.

13.    Sayt texniki baxımdan yetərincə qənaətbəxş olduğundan əlavə şərhə ehtiyac duyulmur.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV