Azərbaycan Respublikası Yasamal Rayon İcra Hakimiyyəti www.yasamal-ih.gov.az domen adlı İnternet resursu quruluş və istifadə rahatlığı baxımından çox gözəl tərtib edilmiş bir saytdır. Həmçinin bəzi bilgilər də yetərli şəkildə təqdim edilir. Ancaq bununla yanaşı bir çox bilgilər var ki, onlara saytda rast gəlinmir. Ümumi dövlət büdcəsinin icra hakimiyyətinə aid hissəsi və onun icrası, icra hakimiyyəti tərəfindən təklif edilən xidmətlər haqqında informasiya, işə qəbul qaydaları və boş iş yerləri haqqında bilgi, sahə işçilərinin əmək haqları və tender və yarışmaların keçirilməsi ilə bağlı bütün mümkün qayda və elanlar barədə bölmələr yoxdur. Saytın ümumi görünüşü aşağıdakı kimidir:
1. Rayon haqqında təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələri haqqında bilgilər təqdim edilsə də əsas rayonun tarixi, əhalisi və s. kimi bilgilər yoxdur. Qurum haqqında qurumun rəhbərinin bioqrafiyası əks etdirilir. Ancaq dövlət qulluqçusunun etik davranış qaydaları haqqında AR qanunu, qurumun öncəki rəhbərləri haqqında və qurumun əsasnaməsi barədə bilgi verilmir.
2. Ziyarətçilərin qurum ilə əks əlaqəsi üçün yalnız qaynar xətt nömrəsi təqdim edilir. Başqa heç bir bilgi verilmir.
3. Qurumun strukturunun sxemi və struktur haqqında sözlü şəkildə ətraflı bilgilər təqdim edilir. Qurumun alt bölmələri və yerli icra nümayəndəlikləri, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, əsas idarə və müəssisələr, banklar, təhsil və mədəniyyət qurumları və bələdiyyələr haqqında məlumatlar da təqdim edilir. Burada yalnız struktur bölmələrinin səlahiyyət çərçivələri haqqında bilgilər çatışmır.
4. Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə barədə rəhbər haqqında ətraflı bilgi, rəhbəri ilə əks əlaqə imkanı, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları və rayondan seçilmiş millət vəkili haqqında məlumat və əlaqə imkanı haqqında bilgilər təqdim edilsə də qurumun ilə əks əlaqə üçün ümumi imkanlar, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər və vətəndaşların müraciətlərinə baxılma qaydası yoxdur.
5. Qurumun cari fəaliyyəti haqqında mətbuat üçün açıqlamalar operativ olsa da burada ancaq 3 məlumata rast gəlinir. Həmçinin qurumdaxili əmrlər, sərəncamlar və qərarlar haqqında olan bilgilər də çatışmır.
6. Dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında bilgilər təqdim edilmir.
7. Qurumun təklif etməli olduğu xidmətlər haqqında onlayn müraciət etmək imkanından başqa heç bir bilgi (qurumun təqdim etməli olduğu mütləq xidmətlər, qurum tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər, və xidmətlərdən istifadə qaydaları) təqdim edilmir.
8. Daha bir təqdim edilməyən bilgi boş iş yerləri və işə qəbulla bağlı qurum və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı mümkün komissiyalar, qurum və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar haqqında olan bilgilərdir.
9. Sahə işçilərinin əmək haqları ilə bağlı bilgilərə də saytda rast gəlinmir.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında yalnız qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları barədə bilgilər təqdim edilir. Qurumda vətəndaşların qəbul qaydaları və vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə bilgilər isə yoxdur.
11. Daha bir təqdim edilməyən informasiya qurumda tenderlərin keçirilməsi ilə bağlı elanlar, qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları və dövlət orqanları tərəfindən tender və yarışmaların keçirilməsinin qaydaları ilə bağlıdır.
12. Saytın texniki imkanları yüksək səviyyədədir. Onlayn müraciət forması təqdim edilsə də abunə imkanına rast gəlinmir.