Tuesday 03rd December 2024,

2012

Ξ Leave a comment

Azərbaycan Respublikası Mingəçevir Şəhər İcra Hakimiyyəti www.mingechevir-ih.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by

Azərbaycan Respublikası Mingəçevir Şəhər İcra Hakimiyyəti www.mingechevir-ih.gov.az ünvanlı İnternet resursu, heç də yetərli sayıla biləcək qədər bilgi daşımır. Üstəlik, saytda texniki imkanlar da yüksək sayıla bilməz. Ən azından bu resursun heç bir e-xidmət təklif etmədiyi dərhal gözə çarpır. Nəinki e-xidmət, burada heç başqa adi xidmətlər haqqında da bilgi yoxdur. Bununla belə sayt yetərincə funksionallıq imkanlarına malikdir. Yəni tərkibi zənginləşdirilərsə və gərəkli bilgilər əlavə edilərsə, onun daha geniş istifadəsinə nail olmaq mümkündür. Ümumi rəyimiz bundan ibarətdir ki, bu şəhərin icra hakimiyyətinə məxsus İnternet resursu hələ ki, tələblərə cavab vermir. Durum isə tam olaraq aşağıdakı kimidir:

1.    Qurum ilə bağlı qurumun başçısı, bioqrafiyası, icra aparatı və şəhər haqqında məlumat, tarixi, mədəniyyəti və s. haqqında bilgilər tamdır. Struktur, qurumun əsasnaməsi, dövlət qulluqçusunun etik davranış  qaydaları haqqında AR  qanunu barədə bilgilər isə yetərli deyil.

2.    Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün qurumun yerləşdiyi ünvan, həm ümumi xarakterli, həm də ayrı-ayrı xidmət və alt bölümlərin telefon və faks nömrələri və mümkün olan bütün e-poçt ünvanları barədə bilgilər tamdır.

3.    Qurumun strukturu barədə qurumun alt bölmələri və yerli icra nümayəndəlikləri, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin səlahiyyət çərçivələri haqqında heç bir bilgi yoxdur. Əsas idarə və müəssisələr, banklar, təhsil və mədəniyyət qurumları haqqında bilgilər və  bələdiyyələr haqqında məlumatlar təqdim edilir.  

4.    Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə barədə qurumun rəhbəri haqqında bilgi, qurumun rəhbəri ilə əks əlaqə imkanları və qurum ilə əks əlaqə üçün ümumi imkanlar əks etdirilsə də struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, rəhbərin müavinlərinin bioqrafiyaları, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları, vətəndaşların müraciətlərinə baxılma qaydası, şəhərdən seçilmiş millət vəkili haqqında məlumat və əlaqə imkanı haqqında heç nə bir bilgi verilmir.

5.    Qurumun cari fəaliyyəti haqqında mətbuat üçün açıqlamalar, şəhərin ictimai həyatı haqqında, icra hakimiyyətinin həyata keçirdiyi tədbirlər, cari işlər haqqında məlumatlar (təhsil, səhiyyə, mədəniyyət, iqtisadiyyat və s. sahələrdə) yetərli sayıla bilər. Rayonda həyata keçirilən dövlət layihələri və proqramları haqqında bilgilər isə yetərli olmasa da təqdim edilir. Qurumdaxili əmrlər, sərəncamlar və qərarlar, şəhərin ictimai-siyasi qurumları, media qurumları haqqında bilgilər yoxdur.

6.    Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə də heç bir bilgilər saytda yer almamışdır.

7.    Qurum tərəfindən təklif edilən xidmətlər haqqında yalnız onlayn müraciət etmək imkanı təqdim edilir. qurumun təklif etməli olduğu mütləq xidmətlər, icra hakimiyyəti tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər və  xidmətlərdən istifadə qaydaları barədə bilgilər verilməyib.

8.    İşə qəbul qaydaları və boş iş yerləri haqqında icra hakimiyyəti və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı mümkün komissiyalar, icra hakimiyyəti və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar barədə heç bir bilgi təqdim edilmir.  

9.    Sahə işçilərinin əmək haqları barədə bilgilər də təqdim edilməyən bilgilərdəndir.  

10.    Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi və icra hakimiyyətinin ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları haqqında bilgilər təqdim edilir. Burada çatışmayan ancaq icra hakimiyyətində vətəndaşların qəbul qaydaları haqqında bilgidir.  

11.    Tender və yarışmaların keçirilməsi ilə bağlı dövlət orqanları tərəfindən tender və yarışmaların keçirilməsinin qaydaları ilə bağlı ümumi informasiya, icra hakimiyyəti tərəfindən tender və yarışmaların keçirilmə qaydaları və tenderlərin keçirilməsi ilə bağlı elanlar haqqında bilgilər verilmir.

12.    Saytın texniki imkanları və istifadə rahatlığı yerindədir. Ancaq abunə imkanı yoxdur.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV