Azərbaycan Respublikası Naftalan Şəhər İcra Hakimiyyəti www.naftalan-ih.gov.az domen adlı İnternet resursu, icmalda da qeyd etdiyimiz kimi, bir sıra bölmələr üzrə bilgi verilməməsi ilə diqqəti çəkir. Saytda olmayan bilgilərin təqdim edilməsi üçün imkanların olması onun təkmilləşdirilməsini mümkün edir. Bu baxımdan aşağıda bəzi tövsiyələrimizi təqdim etməyi məqsədəuyğun sayırıq. Beləliklə, bu resursun təkmilləşdirilməsi ilə bağlı tövsiyələrimizi təqdim edirik:
1. Qurum ilə bağlı təqdim edilmiş bilgilərdən olan struktur, qurumun əsasnaməsi və dövlət qulluqçusunun etik davranış qaydaları haqqında AR qanunu barədə bilgilərin yetərli səviyyəyə gətirilməsi tövsiyə olunur.
2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün ümumi imkanlar tam şəkildə təqdim edilir və əlavə tövsiyəyə gərək yoxdur.
3. Qurumun strukturu barədə təqdim edilmiş bilgilərin daha da ətraflı şəkildə əks etdirilməsi tövsiyə olunur.
4. Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, vətəndaşların müraciətlərinə baxılma qaydası və şəhərdən seçilmiş millət vəkili haqqında məlumat və əlaqə imkanı haqqında bilgilərin təqdim edilməsi tövsiyə olunur.
5. Qurumun cari fəaliyyəti haqqında təqdim edilmiş bilgilər sırasına şəhərdə həyata keçirilən dövlət layihələri və proqramları haqqında, şəhərin ictimai həyatı haqqında, qurumdaxili əmrlər, sərəncamlar və qərarlar haqqında və şəhərin ictimai-siyasi qurumları, media qurumları haqqında məlumatların əlavə edilməsi tövsiyə olunur.
6. Yaxşı olardı ki, ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə bilgilər əks etdirilsin.
7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında onlayn müraciət imkanından başqa qurumun təklif etməli olduğu mütləq xidmətlər, icra hakimiyyəti tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər və xidmətlərdən istifadə qaydaları barədə bilgilərin də təqdim edilməsi gərəklidir.
8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında isə qurumda və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı mümkün komissiyalar, qurumda və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanların saytda yer alması yaxşı olardı.
9. Həmçinin sahə işçilərinin əmək haqları barədə bilgilərin təqdim edilməsi də gərəklidir.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi və qurumda vətəndaşların qəbul qaydaları barədə bilgilərin saytda yerləşdirilməsi tövsiyə olunur.
11. Tender və yarışmaların keçirilməsi ilə bağlı bilgilərin də təqdim edilməsi lazımlıdır.
12. Saytın texniki imkanları sırasına abunə imkanının da daxil edilməsi tövsiyə olunur.