Azərbaycan Respublikası Naftalan Şəhər İcra Hakimiyyəti www.naftalan-ih.gov.az domen adlı İnternet resursu, bu kiçik şəhəri yaxşı mənada tanıtmaq üçün bir vasitə rolunu oynaya bilərdi. Ancaq saytı ziyarət etdikdən sonra bunun belə olmadığını dərhal hiss etmək mümkündür. Sayt texniki imkanlarına, funksionallığına və istifadə rahatlığına görə yaxşı durumdadır. Ancaq bir çox bölmələr üzrə heç bir bilgi verilməməsi dərhal nəzərə çarpır ki, bu da resursun üzərində hələ çox iş getməli olduğundan xəbər verir. Saytın ümumi durumu aşağıdakı kimidir:
1. Qurum ilə bağlı qurumun başçısı, bioqrafiyası, icra aparatı və şəhər haqqında məlumat, tarixi, mədəniyyəti və s. haqqında bilgilər tam şəkildə təqdim edilsə də struktur, qurumun əsasnaməsi, dövlət qulluqçusunun etik davranış qaydaları haqqında AR qanunu barədə bilgilər yetərli deyil.
2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün qurumun yerləşdiyi ünvan, həm ümumi xarakterli, həm də ayrı-ayrı xidmət və alt bölümlərin telefon və faks nömrələri və mümkün olan bütün e-poçt ünvanları barədə bilgilər tam şəkildədir.
3. Qurumun strukturu barədə qurumun alt bölmələri və yerli icra nümayəndəlikləri haqqında bilgilər (tam olmasa da verilir), struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin səlahiyyət çərçivələri, əsas idarə və müəssisələr, banklar, təhsil və mədəniyyət qurumları haqqında bilgilər və bələdiyyələr haqqında isə qısa məlumat verilir.
4. Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından qurumun rəhbəri haqqında bilgi, qurumun rəhbəri ilə əks əlaqə imkanları, qurum ilə əks əlaqə imkanları, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları (qismən) təqdim edilir. Ancaq struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, vətəndaşların müraciətlərinə baxılma qaydası və şəhərdən seçilmiş millət vəkili haqqında məlumat və əlaqə imkanı haqqında heç bir bilgi yoxdur.
5. Qurumun cari fəaliyyəti haqqında mətbuat üçün açıqlamalar və icra hakimiyyətinin həyata keçirdiyi tədbirlər, cari işlər haqqında məlumatlar (təhsil, səhiyyə, mədəniyyət, iqtisadiyyat və s. sahələrdə) yetərli sayıla bilər. Lakin şəhərdə həyata keçirilən dövlət layihələri və proqramları haqqında, şəhərin ictimai həyatı haqqında, qurumdaxili əmrlər, sərəncamlar və qərarlar haqqında və şəhərin ictimai-siyasi qurumları, media qurumları haqqında bilgilər əks etdirilmir.
6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında bilgilərə də rast gəlinmir.
7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında isə qurumun təklif etməli olduğu mütləq xidmətlər, icra hakimiyyəti tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər və xidmətlərdən istifadə qaydaları barədə heç bir bilgi verilmir. Yalnız onlayn müraciət etmək imkanı təqdim edilir.
8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında da heç bir bilgi (qurumda və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı mümkün komissiyalar, icra hakimiyyəti və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar) yoxdur.
9. Daha bir çatışmayan bilgi sahə işçilərinin əmək haqları barədədir.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi və icra hakimiyyətində vətəndaşların qəbul qaydaları təqdim edilməyib. Ancaq qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları haqqında bilgilər əks etdirilir.
11. Daha bir təqdim edilməyən bilgi tender və yarışmaların keçirilməsi ilə bağlı olan dövlət orqanları tərəfindən tender və yarışmaların keçirilməsinin qaydaları ilə bağlı ümumi informasiya, icra hakimiyyəti tərəfindən tender və yarışmaların keçirilmə qaydaları və tenderlərin keçirilməsi ilə bağlı elanlardır.
12. Saytın texniki imkanları yaxşıdır. Lakin abunə imkanı çatışmır.