Thursday 21st November 2024,

2012

Ξ Leave a comment

Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti www.sumqayit-ih.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

posted by

Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti www.sumqayit-ih.gov.az domen adlı İnternet resursu, icmal hissədən də anlaşıldığı kimi, bir sıra bölmələr üzrə bilgi çatışmazlığı ilə bərabər uzun zamandır yenilənməməsi baxımından diqqəti çəkir. Saytın texniki imkanları onun təkmilləşdirilməsini mümkün edir. Bu baxımdan düşünürük ki, mövcud saytın üzərində müəyyən işlər aparmaqla və özəlliklə də tərkibini zənginləşdirməklə onu arzu olunan səviyyəyə yüksəltmək olar. Beləliklə, bu resursun təkmilləşdirilməsi üçün tövsiyələrimizi təqdim edirik:

1.    Qurum ilə bağlı qurumun başçısı, bioqrafiyası və icra aparatı, struktur, qurumun əsasnaməsi, dövlət qulluqçusunun etik davranış  qaydaları haqqında AR  qanunu haqqında bilgilərin təqdim edilməsi gərəklidir.  

2.    Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün bilgilər tam şəkildə təqdim edildiyindən əlavə bir tövsiyəyə gərək duyulmur.

3.    Qurumun strukturu haqqında qurumun alt bölmələri və yerli icra nümayəndəlikləri, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar və struktur bölmələrinin səlahiyyət çərçivələri haqqında bilgilərin əks etdirilməsi tövsiyə olunur.

4.    Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə haqqında təqdim edilmiş bilgilər sırasına əsas rəhbərin və onun müavinlərinin bioqrafiyaları, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları, vətəndaşların müraciətlərinə baxılma qaydası, şəhərdən seçilmiş millət vəkili haqqında məlumat və əlaqə imkanı barədə məlumatların da daxil edilməsi tövsiyə olunur.

5.    Qurumun cari fəaliyyəti haqqında olan mətbuat üçün açıqlamaların daha operativ hala gətirilməsi və Şəhərdə həyata keçirilən dövlət layihələri və proqramları, şəhərin ictimai həyatı haqqında, qurumdaxili əmrlər, sərəncamlar və qərarlar və şəhərin ictimai-siyasi qurumları, media qurumları haqqında bilgilərin daxil edilməsi tövsiyə olunur.  

6.    Yaxşı olardı ki, ümumi dövlət büdcəsinin icra hakimiyyətinə aid hissəsi və onun icrası barədə bilgilər əks etdirilsin.  

7.    Qurum tərəfindən təklif edilən xidmətlər haqqında onlayn müraciət imkanından başqa qurumun təklif etməli olduğu mütləq xidmətlər, icra hakimiyyəti tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər və  xidmətlərdən istifadə qaydaları barədə bilgilərin də təqdim edilməsi gərəklidir.

8.    Yaxşı olardı ki, işə qəbul qaydaları və boş iş yerləri haqqında isə qurumda və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı mümkün komissiyalar, qurumda və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar saytda əks etdirilsin.

9.    Sahə işçilərinin əmək haqları barədə bilgilərin təqdim edilməsi tövsiyələr sırasındadır.

10.    Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi və qurumda vətəndaşların qəbul qaydaları  barədə heç bir məlumatların da əks etdirilməsi gərəklidir.

11.    Tender və yarışmaların keçirilməsi ilə bağlı dövlət orqanları tərəfindən tender və yarışmaların keçirilməsinin qaydaları ilə bağlı ümumi informasiya, icra hakimiyyəti tərəfindən tender və yarışmaların keçirilmə qaydaları və tenderlərin keçirilməsi ilə bağlı elanlar haqqında məlumatların saytda yer alması tövsiyə olunur.  
12.    Yaxşı olardı ki, saytın texniki imkanları sırasına abunə imkanı da əlavə edilsin.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV