Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti www.sumqayit-ih.gov.az domen adlı İnternet resursu, hər halından bəllidir ki, unudulanlar sırasındadır. Çünki bu saytdakı ən son cari xəbər 2011-ci ilin sentyabr ayına təsadüf edir. Bu isə ondan xəbər verir ki, sayt üzərində iş getmir. Texniki imkanları və istifadə rahatlığı baxımından saytın normal saymaq olar. Ancaq hiss edilir ki, interaktivlik yetərincə deyil. E-xidmətlər isə ümumiyyətlə yoxdur. Saytın ümumi mənzərəsi isə aşağıdakı kimidir:
1. Qurum ilə bağlı qurumun başçısı, bioqrafiyası və icra aparatı, struktur, qurumun əsasnaməsi, dövlət qulluqçusunun etik davranış qaydaları haqqında AR qanunu haqqında heç bir bilgi verilmir. Şəhər haqqında məlumat, tarixi, mədəniyyəti və s. haqqında bilgilər isə tamdır.
2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün qurumun yerləşdiyi ünvan, həm ümumi xarakterli, həm də ayrı-ayrı xidmət və alt bölümlərin telefon və faks nömrələri, mümkün olan bütün e-poçt ünvanları haqqındakı bilgilər yetərli sayıla bilər.
3. Qurumun strukturu haqqında qurumun alt bölmələri və yerli icra nümayəndəlikləri, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar və struktur bölmələrinin səlahiyyət çərçivələri haqqında heç bir bilgi verilmir. Burada ancaq əsas idarə və müəssisələr, banklar, təhsil və mədəniyyət qurumları haqqında bilgilər və bələdiyyələr haqqında məlumatlar yer almışdır.
4. Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından yalnız qurumun rəhbəri ilə əks əlaqə imkanları və qurum ilə əks əlaqə üçün ümumi imkanlar təqdim edilir. Qalan bilgilər (əsas rəhbərin və onun müavinlərinin bioqrafiyaları, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları, vətəndaşların müraciətlərinə baxılma qaydası, şəhərdən seçilmiş millət vəkili haqqında məlumat və əlaqə imkanı) haqqında heç nə deyilmir.
5. Qurumun cari fəaliyyəti haqqında mətbuat üçün açıqlamalar köhnədir. Qurumun həyata keçirdiyi tədbirlər, cari işlər haqqında məlumatlar (təhsil, səhiyyə, mədəniyyət, iqtisadiyyat və s. sahələrdə) təqdim edilsə də yetərli sayıla bilməz. Şəhərdə həyata keçirilən dövlət layihələri və proqramları, şəhərin ictimai həyatı haqqında, qurumdaxili əmrlər, sərəncamlar və qərarlar və şəhərin ictimai-siyasi qurumları, media qurumları haqqında bilgilər yoxdur.
6. Ümumi dövlət büdcəsinin icra hakimiyyətinə aid hissəsi və onun icrası barədə də bilgilər rast gəlinmir.
7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında isə qurumun təklif etməli olduğu mütləq xidmətlər, icra hakimiyyəti tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər və xidmətlərdən istifadə qaydaları barədə heç bir bilgi verilmir. Yalnız onlayn müraciət etmək imkanı təqdim edilir.
8. Daha bir təqdim edilməyən bilgilər işə qəbul qaydaları və boş iş yerləri haqqındadır.
9. Sahə işçilərinin əmək haqları barədə də bilgilər yoxdur.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə icra hakimiyyətinin ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları haqqında bilgilər yetərli sayıla bilər. Ancaq vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi və qurumda vətəndaşların qəbul qaydaları barədə heç bir məlumat əks etdirilmir.
11. Növbəti təqdim edilməyən bilgilər tender və yarışmaların keçirilməsi ilə bağlıdır.
12. Saytın texniki imkanları və istifadə rahatlığı normaldır. Lakin abunə imkanı təqdim edilmir.