Thursday 21st November 2024,

2012

Ξ Leave a comment

Azərbaycan Respublikası Şəki Şəhər İcra Hakimiyyəti www.sheki-ih.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by

Azərbaycan Respublikası Şəki Şəhər İcra Hakimiyyəti www.sheki-ih.gov.az ünvanlı İnternet resursu, hal-hazıra qədər müşahidəsini apardığımız saytlardan fərqli olaraq daha zəngin resurs təsiri bağışlayır. Bu resursun bir sıra bölmələri üzrə bilgilər tamdır. Bir sıra bölmələrdə isə tam olmasa da bilgi verilib. Saytın texniki imkanları da yetərli sayıla bilər. Düzdür, e-xidmətlər təqdim edilmir. Ancaq ən azından onlayn müraciət imkanı verilib. Ümumilikdə isə saytın görkəmi aşağıdakı kimidir:

1.    Qurum ilə bağlı qurumun başçısı, bioqrafiyası, icra aparatı, qurumun strukturu, qurumun əsasnaməsi, dövlət qulluqçusunun etik davranış  qaydaları haqqında AR  qanunu barədə bilgilər yetərli şəkildə təqdim olunur. Həmçinin şəhər haqqında məlumat, tarixi, mədəniyyəti və s. haqqında bilgilər də yetərlidir.

2.    Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün qurumun yerləşdiyi ünvan, həm ümumi xarakterli, həm də ayrı-ayrı xidmət və alt bölümlərin telefon və faks nömrələri,  mümkün olan bütün e-poçt ünvanları tamdır.  

3.    Qurumun strukturu barədə qurumun alt bölmələri və  yerli icra nümayəndəlikləri, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, əsas idarə və müəssisələr, banklar, təhsil və mədəniyyət qurumları və bələdiyyələr haqqında məlumatlar verilib. Burada çatışmayan struktur bölmələrinin səlahiyyət çərçivələri haqqında bilgidir.

4.    Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə  baxımından əsas rəhbərin və onun müavinlərinin bioqrafiyaları, icra hakimiyyətinin rəhbəri ilə əks əlaqə imkanları,  ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları, qurum ilə əks əlaqə üçün ümumi imkanlar və vətəndaşların müraciətlərinə baxılma qaydası haqında bilgiləri yetərli saymaq olar. Ancaq struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər və şəhərdən seçilmiş millət vəkili haqqında məlumat və əlaqə imkanı haqqında heç nə deyilmir.

5.    Qurumun cari fəaliyyəti haqqında mətbuat üçün təqdim edilmiş açıqlamalar yetərli sayıla bilər. Həmçinin şəhərdə həyata keçirilən dövlət layihələri və proqramları haqqında, şəhərin ictimai həyatı haqqında, qurumun həyata keçirdiyi tədbirlər, cari işlər haqqında məlumatlar (təhsil, səhiyyə, mədəniyyət, iqtisadiyyat və s. sahələrdə) da yetərli sayıla bilər. Ancaq qurumdaxili əmrlər, sərəncamlar və qərarlar, şəhərin ictimai-siyasi qurumları, media qurumları haqqında bilgilər yoxdur.  

6.    Ümumi dövlət büdcəsinin icra hakimiyyətinə aid hissəsi və onun icrası barədə bilgilər təqdim edilmir.  

7.    Qurum tərəfindən təklif edilən xidmətlər haqqında yalnız onlayn müraciət etmək imkanı təqdim edilir. Qurumun təklif etməli olduğu mütləq xidmətlər, icra hakimiyyəti tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər və xidmətlərdən istifadə qaydaları barədə heç bir bilgi verilmir.

8.    İşə qəbul qaydaları və boş iş yerləri haqqında icra hakimiyyəti və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar təqdim edilir. Ancaq quruma və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı mümkün komissiyalar haqqında bilgilər verilmir.

9.     Sahə işçilərinin əmək haqları barədə bilgilər də təqdim edilməyən bilgilərdir.

10.    Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə qurumda vətəndaşların qəbul qaydaları və qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları haqqında bilgilər yetərli sayıla bilər. Çatışmayan yalnız vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgilərdir.  

11.    Tender və yarışmaların keçirilməsi ilə bağlı heç bir bilgi təqdim edilmir.  

12.    Saytın texniki imkanları yaxşıdır və istifadə rahatlığı yerindədir. Ancaq abunə imkanı çatışmır.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV