Azərbaycan Respublikası Saatlı Rayon İcra Hakimiyyəti www.saatli-ih.gov.az domen adlı İnternet resursu barədə yalnız bir tövsiyə söyləmək olar ki o da saytın yenidən qurulmasıdır. İcmaldan da göründüyü kimi 12 bölmə üzrə bilgilərin heç 3 faizi təqdim edilmir. Bu halda bəndlər üzrə tövsiyə söyləməyə də gərək qalmır. Ancaq yeni bir resurs yaratmaq və sayta nəzarət etmək tövsiyə olunur.