Tədbirdə Azərbaycan mediasını “Turan”ın direktoru Mehman Əliyev təmsil edib İndoneziya prezidenti Suzilo Bambanq Yudxoyono və Norveçin baş naziri Ens Stoltenberqin təşəbbüsü ilə sentyabrın 1-2-də İndoneziyanın Bali adasında “Qlobal İnter-media Dialoq” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransda dünyanın müxtəlif ölkəsindən 60-dan çox tanınmış jurnalist iştirak edib.
Dünyada müsəlman əhaliyə və yeni demokratiyaya malik ən böyük ölkə kimi tanınan İndoneziyanın prezidenti, o cümlədən sülh və insan hüquqlarının qorunması üzrə beynəlxalq işdə böyük ənənələrə malik Norveçin baş naziri sülhün və insan hüquqlarının qorunmasında birgə işləməyə hazır olduqlarını bəyan ediblər.
Forumda Azərbaycanı “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev təmsil edib.