Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Malayziya, ABŞ və Ukraynada «İnformasiya və kommunikasiya texnologiyaları» ixtisası üzrə (bakalavr dərəcəsi) təhsil almaq istəyənlər üçün müsabiqə keçirir. Təhsil almaq üçün ABŞ-ın Corc Meyson universitetində 3, Malayziyanın Texnologiya Universitetində 2, Odessanın Rabitə Akademiyasında isə 5 yer ayrılıb (Trend).
Əsas tələblər: Azərbaycan vətəndaşlığı, yüksək səviyyədə ingilis (TOEFL sertifikatı) və rus dillərinə (Odessada təhsil almaq üçün) yiyələnmə. Müsabiqədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən ali məktəblərə keçirilmiş qəbul imtahanlarında 400-dən çox bal toplamış abituriyentlər və tələbələr iştirak edə bilər.
Müsabiqədə iştirak etmək üçün sənədlər sentyabrın 15-dən gec olmayaraq təqdim edilməlidir.