Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin www.mincom.gov.az ünvanlı İnternet saytı digər saytlarla müqayisədə məlumat bolluğu ilə irəli geçə bilsə də, saytda regional bölmələr üzrə heç bir məlumatın olmaması dərhal diqqəti cəlb edir. E-xidmətlərin verilməsi də saytın üstünlüklərindən biridir. Bununla belə, bəzi çatışmazlıqlar da müşahidə edilməkdədir. Yəni saytın texniki şərtləri gərəkli bilgiləri lazım olan şəkildə təqdim etməyə imkan verir. Bunu nəzərə alaraq aşağıda bu yöndə bəzi tövsiyyələrimizi təqdim edirik:
1. Qurumun tarixi ilə bağlı informasiyalar çox əla şəkildə təqdim edilir. Bunun üçün də əlavə bir tövsiyyəyə ehtiyac duyulmur.
2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün təqdim edilmiş bilgilər sırasına quruma gəlmək üçün ictimai nəqliyyat haqqında da bilgilərin daxil edilməsi nəticəsində bu bölmə dolğunlaşmış olar.
3. Qurumun strukturu haqqında məlumatlar yetərincə olduğu üçün əlavə tövsiyyəyə ehtiyac yoxdur.
4. Rəhbər işçilər, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilərin təqdim olunduğunu və qurumun rəhbəri ilə əks əlaqə imkanları barədə bilgilərin təqdim edildiyini nəzərə alsaq, əlavə tövsiyyəyə ehtiyac duyulmur.
5. Qurumun cari fəaliyyəti haqqında təqdim edilən informasiyalar yetərli olduğundan əlavə bir tövsiyyəyə gərək yoxdur.
6. Yaxşı olardı ki, ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə bilgilər də saytda əks etdirilsin.
7. Qurum tərəfindən təklif edilən xidmətlər və əlavə xidmətlər haqqında geniş informasiyalar təqdim edilir. Bü üzdən də əlavə tövsiyyə verilmir.
8. Dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və boş iş yerləri haqqında elanların arxivi barədə bilgilər verildiyi üçün əlavə tövsiyyəyə gərək duyulmur.
9. Sahə işçilərinin əmək haqları barədə bilgilər də göstərilsəydi, yaxşı olardı.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə bilgiləri bütün göstəricilər üzrə ayrıntılı şəkildə təqdim edildiyi üçün bu sahədə əlavə tövsiyyə verilmir. Yalnız regional bölmələrin ünvanları və rəhbərliyin qəbul vaxtı da göstərilsəydi yaxşı olardı.
11. Qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları və elanlar göstərilmir. Bu sahə üzrə bilgilərin verilməsi faydalı olardı.
12. Qurumun norma- (qanun) yaratma fəaliyyəti barədə bilgilər geniş əks etdirildiyi üçün bu sahədə tövsiyyə verilmir.
13. Saytın texniki imkanları sırasında abunə imkanı və sosial şəbəkələrdə aktiv səhifələrinin mövcudluğu diqqəti çəkir.