Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin www.mincom .gov.az ünvanlı İnternet saytı dolğunluğu və daxili məlumatların bolluğu, həmçinin videosüjetlərin dolğunluğu ilə diqqəti cəlb edir. Nazirliyin tarixi haqda hazırlanmış məlumatlarda nəinki qurumun tarixi, həmçinin Azərbyacan rabitəsinin inkişaf yolu haqda ətraflı məlumat verilir. Saytda nazirliyin regional mərkəzləri barədə məlumatlar, regional mərkəzlərin ünvanları, regional mərkəzlərin rəhbərliyi və onlarla əlaqə vasitələri ümumiyyətlə qeyd olunmur. Hətta qaynar xəttlə əlaqə saxlayıb nazirliyin şəhər və rayon şöbələri haqda məlumat əldə etmək cəhdimiz uğursuz alındı və sorğu-sualla qarşılaşdıq: siz kimsiz, haradan zəng vurmusuz və nə məqsədlə soruşursuz? Təbii ki, vətəndaş kimi maraqlandığımızı bildikdə 109-a müraciət etmək məsləhəti ilə qarşılaşdıq.
Nazirliyin strukturu, fəaliyyət istiqamətləri, aparat, rəhbərlik haqda ətraflı məlumatlar və onlarla əlaqə vasitələri mövcuddur. Saytda qaynar xəttin, e-xidmətlərin təklif olunması təqdirəlayiq haldır. Saytın xəritəsində nazirliyin strukturu, nazirliyə tabe olan qurumlar göstərilir. Bəzi sahələr üzrə bilgilərin verilməsini nəzərə almasaq, ümumilikdə sayt əla təsir bağışlayır. Barəsində məlumat verilməyən sahələr isə bunlardır: qurumun büdcəsi haqqında məlumat olsa da, sahə işçilərinin əmək haqqı, tender və hərraclar haqqında heç bir bilginin olmaması, həmçinin nazirliyə getmək üçün nəqliyyat vasitələri, marşrutlar haqda məlumatın olmaması çatışmayan cəhətdir. Həmçinin, regional şöbələr haqda ətraflı məlumatın verilməsi gərəklidir. Bunlar da olsaydı, sayta hər hansı bir tövsiyyənin verilməsinə ehtiyac duyulmazdı. Beləliklə, saytda nələri görürük:
1. Qurumun tarixi ilə bağlı təqdim edilmiş məlumatlar çox yaxşıdır. Videosüjetlərin hazırlanması isə saytı zənginləşdirən cəhətlərdəndir.
2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün ümumi imkanlar (qurumun yerləşdiyi ünvan, telefon və faks nömrələri, mümkün olan bütün e-poçt ünvanları) təqdim edilir. Burada yalnız quruma gəlmək üçün ictimai nəqliyyat haqqında bilgilər çatışmır.
3. Qurumun strukturunun ümumi sxemi və qurumun tabeliyindəki informasiya sistemləri haqqında bilgilər təqdim olunur. Digər bilgilər (aparat, qurumun alt bölmələri, strukturu, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin tam ünvanları və struktur bölmələrinin səlahiyyət çərçivələri) haqqında da məlumarlar var .
4. Qurumun rəhbərinin bioqrafiyası, əks əlaqə imkanları təqdim edilir. Həmçinin, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, qurumun rəhbəri ilə əks əlaqə imkanları da mövcuddur.
5. Qurumun cari fəaliyyəti haqqında informasiyalar yetərli sayıla biləcək qədərdir.
6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında məlumatlar göstərilmir. Qurumun sahə işçilərinin tarif stavkası ilə əlaqəli heç bir bilgi saytda əks etdirilmir. Yalniz vakansiyalar bölməsində işə qəbul olunacaq işçinin əmək haqqının miqdarı göstərilmişdir. Hazırki işçilərin tarif stavkası isə saytda öz əksini tapmayıb.
7. Nazirliyin təklif etməli olduğu mütləq xidmətlər, elektron xidmətlər, onlayn müraciət imkanı, qaynar xətt və xidmətlərdən istifadə qaydaları haqqında bilgilər öz əksini tapmışdır.
8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında, həmçinin işə qəbulun norma və qaydaları barədə bilgilər təqdim edilir. Dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar, boş iş yerləri haqqında elanların arxivi barədə də saytda bilgiyə rast gəlinir.
9. Sahə işçilərinin əmək haqları barədə isə heç bir bilgilərə rast gəlinmir.
10. Qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları təqdim olunsa da, qurumun regional şöbələrinin ünvanları, əlaqə vasitələri, rəhbər işçiləri haqda məlumatlar və vətəndaşların qəbul vaxtı göstərilməmişdir. Dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilər saytda əks etdirilir.
11. Qurum tərəfindən tender və yarışmaların keçirilməsi ilə bağlı elanlar öz əksini tapmamışdır. Tender və yarışmaların nəticələri, tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları barədə də heç bir məlumat təqdim edilmir.
12. Qurumun norma (qanun) yaratma fəaliyyəti haqqında kifayət qədər məlumatlar öz əksini tapmışdır.
13. Saytın texniki imkanları sırasında abunə təqdim olunsa da, quruma gəlmək üçün nəqliyyat marşrutunun təqdim olunmaması da diqqətdən yayınmır. Qurumun sosial şəbəkələrdə səhifəsi aktiv sayıla bilər.