Saturday 23rd November 2024,

2013

Ξ Leave a comment

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasinin www.tqdk.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYYƏLƏR

posted by informadmin
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasinin  www.tqdk.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYYƏLƏR

Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının www.tqdk.gov.az ünvanlı İnternet saytı, monitorinqdə də qeyd etdiyimiz kimi, elektron xidmətlərin bolluğu və məlumat zənginliyi ilə diqqəti cəlb edir. Saytın sosial şəbəkələrdə səhifələri mövcuddur. Bəzi bölmələr hazırlıq ərəfəsindədir.

Buna görə də saytda çatışmayan bilgilər var. Beləliklə, bu resursun təkmilləşdirilməsi üçün bəzi tövsiyyələrimizi təqdim edirik:

1. Qurum ilə bağlı, həmçinin qurumun rəhbəri haqqında bilgilər təqdim olunsa da, kollegiya və struktur rəhbərləri, regional struktur rəhbərləri haqqında informasiyaların da saytda əks etdirilməsi  tövsiyyə olunur. Həmçinin, regional strukturların ünvanlarının göstərilməsi mütləqdir.

2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün verilmiş imkanlarla yanaşı yaxşı olardı ki, quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə ayrıca bilgi verilsin.

3. Qurumun strukturu barədə qurumun strukturunun ümumi sxemi, aparat, qurumun alt bölmələri və regional strukturu, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin dəqiq (tam) ünvanları, struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeliyindəki informasiya sistemləri  haqqında bilgilərin təqdim edilməsi tövsiyyə olunur.

4. Rəhbər işçilər, onlara əks əlaqə, rəhbərin müavinlərinin bioqrafiyaları, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanlarının da əks etdirilməsi vacibdir.

5. Qurumun cari fəaliyyəti haqqında verilmiş bilgilər sırasına qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla), qurumun həyata keçirdiyi proqram və layihələr barədə məlumatlar təqdim olunduğu üçün əlavə tövsiyyə verilmir.

6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə məlumat, büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiyaların saytda yer alması yaxşı olardı.

7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında çatışmayan yalnız  qurum tərəfindən təklif edilən əlavə xidmətlər və qaynar xətt nömrəsidir ki, bunların da saytda əks etdirilməsi tövsiyyələr sırasındadır.

8. Dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və boş iş yerləri haqqında elanların arxivinin təqdim edilməsi gərəkli olan bilgilərdəndir.

9. Yaxşı olardı ki, sahə işçilərinin əmək haqları barədə bilgilər də saytda yer alsın.

10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə ümumi bilgi, dövlət qurumunda vətəndaşların qəbul qaydaları, qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları, dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilər əks etdirildiyi üçün əlavə tövsiyyəyə gərək duyulmur.

11. Tender və yarışmaların keçirilmə qaydaları, tenderlərin keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri, elanların arxivi saytda təqdim olunur, amma tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları barədə bilgilərin təqdim edilməsi də yaxşı olardı. .

12. Qurumun norma- (qanun)yaratma fəaliyyəti göstərilmişdir. Həmçinin, yaxşı olardı ki, bütün mümkün normativ aktların layihələri (tam mətni), bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri, qurumun norma- (qanun)yaratma fəaliyyəti ilə bağlı arxiv öz əksini tapsın.

13. Saytın texniki imkanları sırasına abunə imkanının da əlavə edilməsi tövsiyyələr sırasındadır.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV