Bugünlərdə yeniləşmiş formada istifadəyə verilən Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin İnternet saytı digər saytlarla müqayisədə bir az fərqli təsir bağışlayır. Saytda axtarış qutusu var. Əks əlaqə üçün yetərincə imkanların olması, xüsusən də ayrı-ayrı vəzifəli şəxslərlə birbaşa əlaqə qeyd edilməyə dəyər. Ancaq təəssüf ki, bu saytda da işə qəbul, boş iş yerləri, tenderlər haqqında bilgi yoxdur. Sayt sol menyuda aşağıdakı bölmələrdən ibarətdir:
• Nazirlik: nazirlik haqqında, məqsədlərimiz, struktur, rəhbərlik
• Qanunvericilik: qanunlar, prezidentin fərman və sərəncamları, Nazirlər Kabinetinin qərar və sərəncamları
• Nəqliyyat: Azərbaycan Dövlət Dəmir Yolu, su nəqliyyatı, avtomobil nəqliyyatı, mülki hava nəqliyyatı
• Nəqliyyat siyasəti: Azərbaycan Respublikasının nəqliyyat sektorunun inkişafı strategiyası, nəqliyyat yol kompleksi üzrə dövlət proqramları
• Nəqliyyat dəhlizləri: Avropa-Qafqaz-Asiya (TRACECA), şimal-cənub beynəlxalq nəqliyyat dəhlizi haqqında məlumat, Qars-Axalkalaki-Tbilisi-Bakı
• Beynəlxalq əməkdaşlıq: beynəlxalq təşkilatlarla əlaqə, sazişlər və konvensiyalar, Avropa Komissiyasi, beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq
• Lisenziyalaşdırma: qayda və sənədlər
• Məlumat bazası: statistik göstəricilər, nəşrlər
• İctimaiyyətlə əlaqə: ünvan, sual-cavab (?)
• Saytın xəritəsi:
• test1: ?